Kiyevdə məhkəmə Ukrayna Dövlət Maliyyə (Fiskal) Xidmətinin müvəqqəti kənarlaşdırılmış başçısı Roman Nəsirov üçün bir sıra öhdəliklərin (o cümlədən elektron qolbağın daşınması ilə bağlı) vaxtını uzadıb.
Virtualaz.org korrespondent.net-ə istinadən bildirir ki, bu barədə hakim Aleksandr Bobrovniy bu gün qərar verib.
Məhkəmə Nəsirovun üzərinə məhkəmənin və müstəntiqlərin çağırışlarına getmək, məhkəmənin icazəsi olmadan Kiyevin hüdudlarından kənara çıxmamaq, xaricə səfər üçün pasportlarını təhvil vermək barədə öhdəliklər qoyub.
İclasdan sonra Nəsirov öz vəkili ilə birlikdə zalı heç bir şərh vermədən tərk edib. Məhkəmə iclası zamanı isə o deyib ki, ona qarşı şübhələrin özü əsassızdır.
Xatırladaq ki, azərbaycanlı Roman Nəsirov 2 milyard qrivna zərərin vurulmasında şübhəli bilinir. İstintaqın məlumatına görə, o, faydalı qazıntılar hasilatı üçün renta ödəməsinin möhləti haqqında əsassız qərarlar qəbul edib.