Avqustun 17-də axşam saatlarında Tavuş vilayətinin Nerkin Karmirağbyur-Paravakar yolunda bir hərbçinin ölümü ilə baş verən hadisə ilə əlaqədar bir hərbçi həbs olunub.
Musavat.com bununla əlaqədar erməni mediasına istinadən xəbər verir.
Məlumata görə, VAZ-2106 markalı avtomobildə yanaraq 32 yaşlı kənd sakini, müqaviləli hərbi qulluqçu Vardan Qriqoryanın ölümündə onun müqavilə ilə xidmət edən hərbçi yoldaşı və həmkəndlisi A.Lalayan şübhəli bilinərək saxlanılıb. Saxlanılandan sonra o, hüquq mühafizə orqanlarına hadisənin detalları barədə danışıb.
Deyib ki, ölüm hadisəsindən yarım saat əvvəl onlar birlikdə yeyib-içməkdə olublar. Ordan çıxıb evlərinə gedərkən Lalayan yolda bir neçə şüşə pivə və kabab alıb və daha sonra yola davam ediblər. Lakin yolda ailə mübahisəsi düşüb və məsələ böyüyüb. Lalayan yumruqla Qriqoryana çoxsaylı zərbələr vurub. Daha sonra isə o, hərbçi yoldaşını maşından düşürərək döyməyə başlayıb. Ardınca Lalayan öz qurbanını yenidən avtomobilə qaytarıb. Avtomobili yamaca itələyərək ona od vurub. Bununla da o, avtomobil qəzası nəticəsində yanğının baş verdiyi və faciənin olduğu təsəvvürünü formalaşdırmaq istəyib.
Qaldırılmış cinayət işi üzrə istintaq materialları qarnizonun istintaq idarəsinə göndəriləcək.