Bakıda tixac probleminin aradan qaldırılması və avtomobillərinin qadağan olunmuş yerlər istisna olunmaqla yol kənarında park etməsi məqsədilə bir neçə il əvvəl paytaxta parkomatlar gətirildi
Qısa müddət ərzində bu aparatlar şəhərin əksər küçələrində quraşdırılmaqla park problemi müəyyən dərəcədə aradan qaldırıldı.
Digər tərəfdən, yeni sistemin tətbiqi büdcəyə əlavə vəsaitlərin cəlb olunması baxımından da zəruri hesab olunurdu və bu, ilkin dövrlrdə şəhər sakinləri tərəfindən də müsbət qarşılanırdı. Lakin çox təəssüf ki, tədricən parkomatlar da kimlərinsə şəxsi maraqlarına xidmət etməyə başladı. Belə ki, aparılan müşahidələrə görə, yeni park sisteminin tətbiqindən bir qədər sonra əraziyə nəzarət edən şəxslər dayanacaqdan istifadə edən avtomobillərin yalnız bir hissəsinin ödənişini avtomobillərə vurmağa həvəsləniblər. Yəni, təxminən 3 maşından 1-nin pulu dövlətə keçirilir, yaxud sürücülərdən 1 saata görə 1 manat alıb yalnız 30 dəqiqənin ödənişi aparata vurulmaqla şəxsli mənfəət əldə edilir. Bu proses nəzarətsiz olduğundan gün ərzində park ərazilərindən neçə avtomobilin istifadə etdiyi yalnız parkomata məsul olan şəxslərə məlum olur. Dövlət Yol Polisinin əməkdaşları da xüsusi ayrılmış park ərazilərində dayanan avtomobillərə “dəyib-dolaşmır” və onların şüşəsində müvafiq çekin olub-olmaması ilə maraqlanmırlar. Məsələn, avtomobil park edilir, sürücü aparata məsul olan şəxsə 2 manat verib, 2 saaat sonra gələcəyini bildirir. “Parkovka” inzibatçısı isə həmin avtomobilin nömrəsini aparata daxil edərək yalnız 50 qəpik ödəniş edir. Çeki isə təbii ki, şüşəyə qoymur. Beləliklə nə dövlət bu əməliyyatdan xəbər tutur, nə də sürücü. Nəticə etibarı ilə “parkovka” işlədənlər “şad və xürrəm” yaşayırlar.
Sizə elə gəlməsin ki, bu müaxinasiya aparata məsul olan xüsusi geyimli fağır “parkovşik”lərin şəxsi iradəsinə söykənir. Xeyir, bu əməliyyatın arxasına “parkovka mafiyası” dayanır və bütün qeyd etdiyimiz “hoqqalar” bir şəbəkədən idarə olunur. Maraqlıdır ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən quraşdırılan parkomatlar bəzi hallarda qeyri-rəsmi şəxslərin nəzarətində olur. Bu prosesdə BŞİH-nin nə dərəcədə məlumatlı olduğunu deyə bilmərik. Tamamilə mümkündür ki, qeyd etdiyimiz park sisteminə hansı yollarlasa soxulmuş işbazlar hörmətli Hacıbala Abutalıbovun rəhbərlik etdiyi qurumu aldadır və nəticədə kifayət qədər böyük məbləğlərdə vəsait dövlət büdcəsindən yayındırılır.
Əldə etdiyimiz məlumata görə, Bakı şəhərində quraşdırılmış parkomatların böyük hissəsinə Vidadi adlı şəxs və onun oğlu Coşqun nəzarət edir. Bu şəxslərin Bakı Şəhər İcra Hakimiyyətilə konkret hansı əlaqədə olması barədə əlimizdə hələlik heç bir məlumat yoxdur. Adıçəkilən qurumdan da sualalrımıza cavab ala bilmədiyimizdən digər mənbələrə müraciət etmək məcburiyytində qalmışıq. Bu adamlara parkomatlara nəzarət səlahiyyətini kimin verməsini araşdırıb konkret bir nəticəyə gəlməyə çalışırıq. Deyək ki, Vidadi adlı şəxs Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsində çalışır. Bəs oğlu? O hansı haqla istədiyi yerə parkomat qoyur, istədiyi yerdən götürüb başqa əraziyə daşıyır?
Ata və oğulun yeni iş qaydası isə belədir: Hansı supermarketin və ya ticarət mərkəzinin qarşısında avtomobil çox dayanırsa, dərhal ora parkomat qoyurlar. Halbu ki, obyek sahibləri əvvəlcədən müştərilər üçün lazımi şərait yaradıb park üçün müvafiq yer ayırırlar. Obyekt bir balaca işə düşən kimi Coşğun həmin obyektin qaşısına parkomat qoyur. Özü də bu aparatların quraşdırılmasına görə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq rəsmi göstərişinin və ya razılığının olum olmadığına dair sənəd təqdim etmir. Sürücülər şikayət edirlər ki, 30 qəpiklik su almaq üçün marketə daxil olmaq istədikdə, dayanacağa görə 50 qəpik tələb olunur: “Mağazadan 50 qəpiyə çörək alıram. Həmişə alış-veriş etdiyim marketin qarşısına indi parkomat qoyublar. Maşını dayandıran kimi 50 qəpik tələb edirlər. Bununla da bir çörəyi 1 manata almış oluram. Bu nə qaydadır? Şəhəri başa düşdük, amma marketlərin, mağazaların, ticarət mərkəzlərinin qarşısında niyə parkomat olmalıdır? Biz həmişə mağazanın qarşısındakı xüsusi park yerində dayanıb alış-veriş etmişik” – deyə sürücülər bildirir.
Ümumiyyətlə, məsələni araşdırdıqca ortaya çox ciddi mətləblər çıxır və odur ki, biz bir qədər dərinə baş vurub, park sistemindən kimlərin şəxsi maraqlar güddüyünü aşkara çıxarmağa çıxaracağıq. Bizə Vidadi və Coşqun adlı şəxsin səlahiyyətinin harada qədər olduğu çox maraqlıdır. Niyə bu adamların adı parkomat monopolistləri kimi çəkilir? Bakı şəhərində gün ərzində bir park ərazisindən nə qədər vəsait dövlət büdcəsindən yayındırılır? Yaxın günlərdə bütün bu suallara aydınlıq gətirməyə çalışacağıq. (Azerfax.az)