Regionun ən böyük çörək istehsal edən müəssisəsi - “Bərdə-Çörək” ASC

Regionun ən böyük çörək istehsal edən müəssisəsi - “Bərdə-Çörək” ASC “Bərdə-Çörək” ASC-nin idarə heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyev - Azərbaycan tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Artıq 30 illik işğal dövrü başa çatdı. Qəhrəman əsgərlərimiz qarış-qarış yağı tapdağında qalan yurd yerlərimizi azad etdilər. Bütün xalq bir yumruq kimi öz Ali Baş Komandanının, şanlı əsgərinin ətrafında birləşib. Biz addım-addım böyük qələbəyə doğru irəlilədik və möhtəşəm Qələbə qazandıq.

“Bu gün hamıya aydın olur ki, İlham Əliyev təkcə güclü ordu, güclü iqtisadiyyat, dövlət strukturu formalaşdırmayıb. O həm də güclü bir xalq formalaşdırmağı bacarıb. Zatən güclü liderlərin də meydana çıxması üçün elə güclü xalq olmalıdır.

Azərbaycan xalqı bir nəfər kimi öz Ali Baş Komandanının ətrafında birləşərək Vətən müharibəsinin qalibiyyətli sonunu gözləyirdi. Prezidentin hər çıxışı xalq içərisində böyük coşqu yaradırdı. Bəli, İlham Əliyev hərbi və siyasi müstəvidə düşməni diz üstə gətirməyi bacardı. O adını Azərbaycan tarixinə qızıl hərflərlə yazan bir sərkərdədir. İlham Əliyev həm də atasının yarımçıq qalan arzusunu həyata keçirdi. Bu Heydər Əliyevin başlatdığı Vətən savaşının məntiqi sonluğudur.

Bütün Azərbaycan xalqı sizinlədir, sizinlə qürur duyur cənab Ali Baş Komandan! Azğın düşmənləri torpaqlarımızdan iti qovan kimi qovduq. İndi azad olunmuş torpaqlarda üçrəngli zəfər bayragımız dalgalanır. Hər şey üçün çox sağ olun. Bu xalqın etimadı, sevgisi, alqışı, duası halalın olsun!“

**

Bərdənin iqtisadi həyatında da böyük canlanma və irəliləyiş müşahidə olunur. Rayonda müasir texnologiyaların tətbiqinə əsaslanan 5 min tonluq logistik mərkəz, hər birinin tutumu 10 min ton olan iki taxıl anbarı, 5200 başlıq dörd heyvandarlıq kompleksi, quşçuluq təsərrüfatı, qüvvəli yem, süd emalı, çörək və şirniyyat istehsalı müəssisələri, ət kəsimi məntəqəsi, "CTS-Aqro" MMC-nin pambıqtəmizləmə zavodu, "Aqrolizinq"in logistik bazası, biolaboratoriya inşa edilib. "Qarabağ pambıqtəmizləmə" və "Bərdə-Çörək" ASC yenidən qurularaq müasir texnologiya ilə təchiz olunub.

Azərbaycan bu gün özünün etibarlı ərzaq təhlükəsizliyini təmin edir, kənd təsərrüfatı məhsullarına olan ehtiyacını ödəyir. Həyata keçirilən tədbirlərin nəticəsi kimi Azərbaycanda rekord həcmdə taxıl istehsal edilib. Bərdə rayonunda da məhsuldarlıq yüksək olub. Bu həm də Bərdənin sözügedən sahədə əvvəlki şöhrətinin bərpasından xəbər verir. Kənd təsərrüfatında qazanılan uğurlar, əldə olunan bol məhsul iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyevin rəhbəri olduğu "Bərdə-Çörək" ASC-nin də normal fəaliyyətinə, istehsal olunan un məmulatlarının keyfiyyətinə və həcminin artımına müsbət təsir göstərir. Müəssisə vətəndaşlara layiqli xidməti qarşıda əsas məqsəd kimi müəyyənləşdirməklə yanaşı, dövlət və cəmiyyət qarşısında sosial öhdəliklərini də unutmur, ölkəmizin tərəqqisinə öz kiçik töhfəsini verməyə çalışır.

Regionun ən böyük çörək istehsal edən müəssisəsi olan “Bərdə-Çörək” ASC-nin idarə heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyev -müəssisə 1980-cı illərin əvvəllərində xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə tikilib istifadəyə verilib. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq “Bərdə-Çörək” ASC yenidən qurularaq, müasir avadanlıqlarla təchiz edilib. Sutkalıq istehsal gücü 55 ton olan zavodda gündəlik 10-12 ton çörək istehsal olunur. Müəssisə Bərdə və ətraf rayonların əhalisinin yüksək keyfiyyətli çörəklə təmin edilməsində mühüm rol oynayır.

Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də sahibkarlarla müntəzəm görüşlər keçirir, sahibkarlığın inkişafı istiqamətində tövsiyə və tapşırıqlar verir. Dövlət başçısının tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunması bu sahədə qiymətin sabit qalmasına səbəb olub. Çörəyin maya dəyərinin aşağı düşməsi həm sahibkarlara stimul yaradır, həm də əhalinin sosial rifahının yaxşılaşmasına öz töhfəsini verir.

Sahibkarlara göstərdiyi yüksək qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirən Məhərrəm Şəfiyev ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində bundan sonra da əzmlə çalışacaqlarını bildirib.
Regionun ən böyük çörək istehsal edən müəssisəsi - “Bərdə-Çörək” ASC
Regionun ən böyük çörək istehsal edən müəssisəsi - “Bərdə-Çörək” ASC
Regionun ən böyük çörək istehsal edən müəssisəsi - “Bərdə-Çörək” ASC
Regionun ən böyük çörək istehsal edən müəssisəsi - “Bərdə-Çörək” ASC
Regionun ən böyük çörək istehsal edən müəssisəsi - “Bərdə-Çörək” ASC
Regionun ən böyük çörək istehsal edən müəssisəsi - “Bərdə-Çörək” ASC

Oxşar xəbərlər