Göyçayda çörəyin qiyməti düşüb
Əvvəllər 30-40 qəpiyə olan çörək indi 25 qəpiyə satılır.
Yerli sahibkarlar çörəyin ucuzlaşmasını əsasən unun qiymətinin düşməsi ilə əlaqələndirirlər. Əvvəllər 26 manata satılan bir kisə un indi 24 manata təklif edilir. Qiymətin düşməsi sakinlərin urəyincə olub.
Unun qiymətində ucuzlaşma olsa da, çörəyin çəkisi də qismən azaldılıb ki, bu da qiymətə təsir edib.
Çəkisi azalsa da, 25 qəpiyə satılan çörəyə tələbat daha çoxdur.(xezerxeber)