Əlillik şəxsin xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar müəyyən edilir. Əlillik qrupları (birinci, ikinci və üçüncü qruplar), əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Təbii ki, əlilliyin də səbəbləri var.
Bunlar ümumi səbəbdən əlillik, əmək şikəstliyi və peşə xəstəliyi nəticəsində olan əlillik və hərbi xidmətlə bağlı əlillikdir. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığorta olunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Sirr deyil ki, mövcud durumda təqaüdlərin verilməsi sahəsində də müəyyən özbaşınalıq var. Bəzən vətəndaşlardan əsassız rüşvət istənilir. Təqaüdlərin təyin olunması xəstəliyin kateqoriyaları ilə müəyyənləşir. Bəzi xəstəliklər var ki, sağalmaz xəstəlikdir və onlar hər dəfə komissiyalardan keçməməlidir. Hətta ayağını, qolunu itirən əlillərdən hər il komissiyadan keçmək tələb olunur. Belə çıxır ki, onun ayağı, qolu yerinə bərpa oluna bilər. Burada məqsəd sadəcə pul toplamaqdır. Əgər vətəndaş 10 ildən artıq əlilliyə görə təqaüd alırsa, onun komissiyadan keçməsinə ehtiyac qalmır. Bəzi vətəndaşlar da var ki, saxta hansısa xəstəliyi əsas turub saxta əlilik dərəcələri alırlar. Yəni xəstə adından yalandan əlillik alanlar var.
Xatırladaq ki, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin olunandan sonra saxta əlillik dərəcələrinin ləğv edilməsi ilə bağlı komissiyalara tapşırıq vermişdi. Amma bu sahədə hansısa işlərin görüldüyü barədə məlumatlar verilmədi.
Maraqlıdır, Azərbaycanda xəstəliyə görə təqaüd alanlar nə qədərdir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Elman Babayev “Cümhuriyət” qəzetinə açıqlamasında bu ilin 6 ayında nazirlik tərəfindən 442,8 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 58638 nəfərə isə Azərbaycan Prezidentinin aylıq təqaüdləri təyin olunaraq ödənildiyini deyib: “Əmək pensiyaçılarının 29,3%-i əlilliyə görə pensiya alanlardır. Ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində görülən işlərin bir istiqamətini də onların aylıq əmək pensiyası və ya sosial müavinətlərlə təmin olunması təşkil edir. Əlilliyə görə əmək pensiyası əlillik təyin olunmuş şəxslərin əmək pensiyası almaq hüququ olduqda təyin edilir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 mln. 325 min nəfər əmək pensiyası ilə təmin olunur. Onlardan 29,3%-i əlilliyə görə əmək pensiyası alanlardır. Cari ilin 1 iyul tarixinə Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,4% artaraq, 201,7 manata, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği isə 6,4% artaraq 224 manata çatıb”.
Elman Babayev qeyd bedib ki, əmək pensiyası almaq hüququ olmayan əlilliyi olan şəxslər isə aylıq sosial müavinətlə təmin edilirlər: “Bu ilin 6 ayında həmin sosial müavinət və təqaüdlərin ödənilməsi üçün sərf olunan vəsaitin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz artıb ki, bu da sosial cəhətdən həssas qruplara dövlət qayğısının artmaqda davam etdiyini göstərir. Ümumilikdə ölkəmizdə pensiyaların orta aylıq məbləği son 10 ildə 10,3 dəfədən çox, cari ilin 6 ayında 6,4 faiz artıb. Eləcə də son on ildə sosial müavinətlərin orta aylıq məbləği 3 dəfə, 2008-ci ildən ölkə başçısının müharibə əlilləri üçün təyin edilən aylıq təqaüdünün məbləği ötən dövrdə orta hesabla 2 dəfədən çox artırılıb”.