"Gündəm- xəbər" qəzetinin bölgə müxbiri məhkəmə zalında həbs olunub
Bu barədə hüquq müdafiəçisi Oqtay Güləliyev feysbuk-da açıqlama verib.
Onun sözlərinə görə, dünən İmişli rayon məhkəməsinin qərarı ilə "Gündəm- xəbər" qəzetinin bölgə müxbiri Məhbub Zülfuqarlı məhkəmə zalında həbs olunub:
"O, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Cənub regional idarəsinin rəisi Saleh Səmədov tərəfindən məhkəməyə verilmişdi və onun haqqında Cinayət Məcəĺləsinin 147.1- ci maddəsi ilə cinayət işi açılmışdı...
Məhbub Zülfuqarlı İmişli rayonunda hökm sürən qanunsuzluq və korrupsiya hallarını kəskin tənqid edirdi. "Kür' Vətəndaş Cəmiyyətinin fəallarından olub.".
O.Güləliyev bildirib ki, jurnalistlərə qarşı belə təqiblərə baxmayaraq, mübarizə davam edəcək. (mia)