Rusiyadan Qarabağda MÜHARİBƏ ANONSU: döyüşlər qaçılmazdır və bu yay...

Rusiyadan Qarabağda MÜHARİBƏ ANONSU: döyüşlər qaçılmazdır və bu yay... Düşmən təxribatı nəticəsində cəbhədə vəziyyət qaynar olaraq qalır. Erməni hərbi birləşmələrinin təxribat hücumu nəticəsində ordumuz bir şəhid verdi. Cavab atəşi isə Ermənistan üçün ağır itkilərə gətirib çıxartdı. 6 erməni hərbçi məhv edildi, bununla yanaşı, ağır yaralı olan əsgərlər var, hansı ki, onlar İrəvan hospitallarına köçürülüb.

Publika.az xəbər verir ki, bütün bunlar Qarabağda yeni müharibənin başlaması risklərindən xəbər verir.

Rusiyalı jurnalist Mixail Belyayev hesab edir ki, 2017-ci ilin yayı Dağlıq Qarabağda çox “isti” olacaq.
Onun sözlərinə görə, cəbhədə baş verənlər və müxtəlif beynəlxalq ekpertlərin proqnozları da bunu deməyə əsas verir.

Belyayev hesab edir ki, cəbhədə baş verənlərin xronologiyası Azərbaycanın sərt cavab verdiyini göstərir: “Azərbaycanın müdafiə naziri Zakir Həsənov xəbərdarlıq etmişdi ki, “bir şəhidimizin əvəzini düşmən çoxsaylı itkilərlə ödəyəcək”. Erməni separatçılarının təxribatı ilə Azərbaycan bir şəhid verdi, əvəzində erməni hərbi birləşmələri çoxsaylı itkilərlə üzləşdi”.

Rusiyalı jurnalistə görə, cəbhədə baş verənlər ilk növbədə Ermənistan hakimiyyəti üçün başağırısına çevriləcək.

Onun fikrincə, ötən ilin aprel uğursuzluğundan çıxa bilməyən Ermənistanın itkiləri getdikcə daha da çoxalır.

“Sarkisyan Ohanyanı istefaya göndərdi və Viqen Sarkisyanı müdafiə naziri təyin etdi. Viqen müəyyən səylərə əl atır, lakin statistika göstərir ki, erməni ordusunda vəziyyət acınacaqlıdır. Misal üçün, bu ilin başlanğıcından indiyə kimi erməni hərbi birləşmələri 30 hərbi qulluqçusunu (onların arasında polkovnik, mayor, kapitan rütbəli zabitlər də var) itirib. Bu rəsmi məlumatdır, lakin real statistikanın gizlədildiyi də məlumdur. Bununla yanaşı, Azərbaycanın ağır zərbələri nəticəsində Ermənistan bir sıra vacib hərbi texnikasını itirib”, - deyə o bildirib.

Belyayev Qarabağda yeni müharibə riskinin qaldığını da diqqətə çatdırıb.

Rusiyalı hərbi ekspert Aleksandr Xramçik isə Qarabağda müharibənin zəruri olduğuna əmindir.
Onun sözlərinə görə, tərəflər faktiki olaraq müharibəyə hazırlaşır və bu, gec-tez baş verəcək.

“Hələlik genişmiqyaslı müharibə yoxdur, lakin toqquşmalar davam edəcək. Mən müharibədən başqa heç bir variant görmürəm”, - deyə o bildirib.

Oxşar xəbərlər