Venesiyada 20 manatlıq çay, artıq yazılan hesablar və daha nələr...; Eyyub Hüseynov: “Biz bütün bunlarla bağlı məsələ qaldırmışıq...”
Bakının Dənizkənarı Milli Park ərazisində ötən ilə nisbətən çay evlərinin sayı artıb. Bulvarın elə əraziləri var ki, gəzə bilmək üçün gərək bir çay evinin içindən digərinə keçərək yoluna davam edəsən. Bulvardakı kafelər və çay evləri nəinki turistləri, eləcə də yerli əhalini soymaq və aldatmaqla məşğuldur.
Bulvarda çay və ya yemək sifariş edənlər hesabı görəndə təəccüblənirlər. Çünki vətəndaşlara heç sifariş etmədiyi yeməklərin hesabı gətirilir. Müştərilər çox zaman buna diqqət etmədən hesabı artıqlaması ilə ödəmiş olurlar. Bunu daha çox turistlər edir. Çünki onlar kağızda nələrin yazıldığını oxuya bilmirlər. Yalnız rəqəmi görürlər.
Nəinki turistlər, heç yerli müştəri belə kağızda yazılanları oxuya bilmir. Çünki qələmlə çox səliqəsiz oxuna bilinməyəcək bir tərzdə yazılır. Buradakı əksər kafe və restoranlarda hesab kassaya vurulmur. Bunun da yalnız bir səbəbi var - vergidən yayınmaq. Əgər bir restorana və ya çay evinə 100 adam gəlirsə, onun 25 nəfərinə kassadan çek verilir. Kimsə çek tələb edərsə, o zaman məcbur qalıb verirlər. Belə bir hadisənin Milli Parkdakı “Günəşli” kafesində bir daha şahidi olduq. Müştəri ilə ofisiantın hesab mübahisəsi etdiyini görüb həmin restoranda oturub müşahidə aparmaq qərarına gəldik.
Bizə menyu təqdim edildi. Menyuda bir şişi 4 manat göstərilən toyuq, bir şişi 5 manat göstərilən ət kababı sifariş etdik. 4 manata isə tərəvəz salatı sifariş etdik. Tərəvəz salatında iki kiçik ölçülü pomidor və iki xiyar bütöv şəkildə qoyulmuşdu. Bir də göyərti. Üstəgəl, sadə çay, yəni qənd və limonla sifariş etdik. Hesabı istəyəndə məlum oldu ki, əslində 2 ədəd kiçik pomidor və 2 ədəd xırda xiyardan ibarət salat 2 porsiya hesab edilirmiş. Bununsa qiyməti 4 manat idi. Sadə qəndlə çayın qiyməti isə 4 manat, əlavə mürəbbə ilə çay isə sizə 8 manata başa gələcək. Ümumilikdə hesabımız 21 manat etməli idi. Ancaq bizə təqdim edilən hesabda 38 manat qeyd edilmişdi. Hesaba nəzər saldıqda bir salatı “sveji” 4 manat, salat 4 manat yazılmışdı. Yəni “sveji salat” adlandırdıqları salatı adına uyğun olaraq iki yerə - sveji 4 manat, salat 4 manat deyə qeyd etmişdilər. Ofisianta bu barədə irad bildirdikdə o, səliqəsiz əl yazısı ilə yazılan hesaba baxaraq səhv yazılıb dedi və başqa hesab gətirdi. Bu dəfə qiymət 26 manat qeyd edilmişdi. Budəfəki hesabda isə mürəbbə qeyd edildiyini gördük. Halbuki biz mürəbbə sifariş etməmişdik. Ofisianta bu dəfə də irad bildirib mürəbbə sifariş etmədiyimizi dedikdə narazı halda bu dəfə düzdür dedi. Ancaq yazdıqlarına baxanda bu dəfə də mürəbbəni artıq yazdıqlarını gördü. Nəhayət, “düzgün” hesab gəldi - 24 manat. Hesabı ödədikdə qəbz gəlmədi.
Ofisiantdan kassalarının olub olmadığını soruşduqda o, “kassa var, qəbz nəyinizə lazımdır ki” deyə reaksiya verdi və narazı halda qəbz gətirdi. Göründüyü kimi, adi kağıza qələmlə hesab yazılıb gətirilir, kassaya vurulmur və qəbz gətirilmir. Bununsa yalnız bir səbəbi var - vergidən yayınma. Biz artıq məkanı tərk edəndə digər müştərinin də hesab mübahisəsi etdiyini gördük...
Müşahidələr nəticəsində deyə bilərik ki, başqa çay evlərində də müştəri soyulur. Belə çay evlərində sadə çay içmək mümkün deyil, mütləq çay dəsgahı sifariş etməlisiniz. Dəsgahların qiyməti isə onun içindəkilərə görə 15 manatdan başlayır və artan qiymətlə davam edir. Bir sıra restoranlarda çay qəndlə yalnız o zaman verilə bilər ki, siz yemək sifariş vermiş olasınız. Ofisiantlardan niyə yalnız çay sifariş etməyin mümkün olmadığını və qiymətlərin baha olduğunu soruşduqda onlar bunun sezon işi olduğunu və onların da qazancının bu 3-4 ayda çıxdığını dedilər. Adının çəkilməsini istəməyən ofisiant vergi və yer pulu nəzərə alınarsa, menyulardakı qiymətlərin hətta aşağı hesab olunduğunu bildirdi.
Qeyd edək ki, heç bir çay evi və ya kafedə oturmadan da bulvar ərazində gəzməyə çıxmısınızsa, yenə əlinizi cibinizə salmalı olacaqsınız. Bu ərazidə satılan sular, cipsilər, tumlar mağazadakılardan 20-50 qəpik baha satılır. Gəmiyə minmək istəsəniz, bu sizə 3 manata başa gələcək. Bulvarın Venesiya adlanan hissəsində oturub nəsə yemək və ya çay içmək istəsəniz, bu, sizə iki dəfə baha başa gələcək. Məsələn, oturub açıq havada çay içmək 20 manatdır. Özünüzü bir anlıq Venesiya şəhərində hiss edib qayığa minmək isə 3 manatdır. Bulvar ərazisindəki karusellərin və əyləncəli oyunların qiyməti isə 50 qəpikdən başlayıb 10 manatadək qalxır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, dövlətin köklü istehlakçı siyasəti olmalıdır: “Biz bütün bunlarla bağlı məsələ qaldırmışıq. Hökumətin bir tərəfli siyasəti olan biznes qurumlarının inkişafı istehlakçı hüquqlarının arxa planda qalmasına xidmət edir. Bu kimi hadisələr restoranlarda, bulvardakı kafelərdə, bütün sahələrdə baş verir. Bunların qarşısını almaq üçün dövlətin köklü istehlakçı siyasəti olmalıdır”. (musavat)