İtlərinə toy məclisi təşkil edən Goranboy rayonunda yaşayan tanınmış biznesmen Mustafayev Qalibin bu dəfə qardaşı Xalıq Müstafayevdən şikayət daxil olub
Goranboy rayonu Heydər Əliyev prospektində yaşayan sakinlər Dadaşova Səyyarə, Qarayeva Qiyafət, Həsənov Rüfət, Əmiraslanova Flora, Elvin Zöhraboğlu, Səmədova Sahibə, Hüseynova Təranə adından redaksiyamıza edilən şikayətdə bildirilir ki, Xaliq adlı şəxs onların evlərinin yaxınlığında böyük bir obyekt tikdirir.
Lakin problem obyektin tikilməsi ilə bağlı deyil, sakinlərin əsas yolunun tam olaraq bağlanmasındadır.
“Biz sakinlərin evinə cəmi bir balaca maşın və piyada yolu var. Həmin balaca yola isə Xaliq adlı sahibkar iki böyük anbar qapısı qoyur. Nəticədə obyekt istifadəyə verildikdən sonra, anbara gələn bütün maşınlar yolu kəsəcək, sakinlərin rahatlığını pozacaq”- şikayətdə bildirilir.
Sakinlər həmçinin vurğulayır ki, onsuz da bu balaca küçə yolunun üstündə Univermaq binası yerləşir ki, ora da bəzən maşınlar gəlir:
“İkinci belə böyük obyektin anbarı olduğu halda yol tamamilə bağlanacaq. O zaman bu küçədə yaşayan sakinlərin evində bir hadisə baş verərsə, təcili tibbi yardım, yanğınsöndürmə maşınları belə girə bilməyəcək. Eyni zamanda maşınlar yolu bağlayacaq və piyada getməyə belə yol qalmayacaq”.
Obyektin arxasındakı evdə yaşayan, uzun illər internat məktəbində müəllimə işləmiş Səyyarə Dadaşova isə bildirir ki, xəstədir və anbara gələcək maşınların səs – küyü onu narahat edəcək.
Şikayətdə qeyd edilir: “Bu obyekti tikdirən Xaliq adlı şəxs isə heç kimi nəzərə almır, vətəndaşlara yanğın çıxışı qapsı qoyması haqda yalan danışır, hətta “özüm bilərəm nə edərəm” kimi sözlər işlədir və bu küçədə yaşayan sakinlərin rahatlığını pozmağa meyillidir. Xahiş olunur bu barədə dövlətimizin rəsmi orqanları təcili tədbir görsünlər. Axı yaşayış sahəsində yaşayan dinc sakinlərin rahatlığını pozmaq olmaz. Bu balaca küçə yoluna anbar qapıları qoymaqla insanların yolunu bağlamaq böyük bir qanunsuzluqdur”.
Şikayətlə bağlı iş adamı ilə əlaqə saxlamağa çalışdıq. Qardaşı Qalib Mustafayevə məxsus olan “Galib Group” şirkəti ilə bağlantı qurmaq cəhdlərimiz alınmadı.
Goranboy Rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, həmin obyekt haqqında yoxlamadan tam əminliklə fikir bildirmək çətindir: “Əgər rayonda tikilmiş bir tikilidirsə, əhalini gediş-gəliş yolu yüz faiz nəzərə alınıb. Yəqin ki, o sakinlərə nəsə mane olur ki, şikayət edirlər. Amma rayonun baş memarı var, onlar rəy vermədən kimsə özbaşına nəsə tikə bilməz”.
İcra hakimiyyətinin sözcüsü məsələni araşdıracağına söz verdi.Qeyd edək ki, iş adamı Qalib Mustafayevin qardaşı Xaliq Mustafayev də biznesmendir və xaricdən Azərbayana elektronika malları gətizdirir. Qalib Müstafayev isə Azərbaycan cəmiyyətində öz itlərinə toy etməklə və məclisə onaqları xüsusi dəvətnamə ilə çağırması ilə tanınır. (Gununsesi.info)