Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB

Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə orqanlarının, daha dəqiq desək, əxlaq polisinin yaradılmasına dair təkliflərin müzakirəsinə başlanmalı olacaq. Belə ki, bugün reallıqlar nə rayon polis idarələrinin, nə prokurorluq orqanlarının, nə də İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin bir çox əxlaqsızlıq yuvalarının fəaliyyətini durdurmaq iqtidarında olmadığını nümayiş etdirirlər. Digər tərəfdən isə bu xüsusda yaranmış vəziyyətin şəhər və bölgələrimizdə, konkret ərazilərdə yaşayan vətəndaşların hüquqlarını pozulması da acı bir reallıqdır.Bir müddət əvvəl BakuPress.Az saytında Bərdə rayonunda sakinlərin gözü qarşısında açıq- aşkar "Ələkbərin kafesi" adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvası haqqında yazı dərc etmişdik. Qeyd edək ki,bu barədə cari il fevralın 13-də saat 20 radələrində "Bakupress.az" saytı RPŞ-yə Ələkbər adlı şəxsin yeməkxanasında əxlaqsızlıq yuvası saxlanılması barədə məlumat verib.Hətta orada Şamil adlı şəxs özünü oranın sahibi və polis əməkdaşı kimi təqdim etdiyinidə qeyd etmişdik. Bir daha xatırladaq ki, Bərdə rayon sakinləri onları uzun müddətdən bəri narahat edən bir problemə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin yeni rəhbərliyinin də diqqətini cəlb etməyə çalışırlar. Problem "Ələkbərin kafesi" adlı əxlaqsızlıq yuvasıdır. Əslində bu sadəcə "Ələkbərin kafesi" kimi qeydiyyata düşüb.Əgər qeydiyyata düşübsə ,təbii ki,aidiyyəti orqanlar bunu araşdıracaq. Lakin mahiyyət etibarı ilə bunun əslində heç bir önəmi yoxdur. Çünki Ələkbərin məşhur kafesinin fəaliyyət növünü ən dürüst əks etdirən yeganə bir ad var ki, bu da “əxlaqsızlıq yuvası”dır. Təəssüflər olsun ki, bu günə qədər Bərdə rayonunda yerləşən Ələkbərin kafesinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsinə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmək mümkün deyil.Hətta DİN-in mətbuat xidməti bizim bu 13.02.2017-ci ildə apardığımız reydə belə bir açıqlamada vermişdir.Təqdim etdiyimiz liknkə daxil olub materialla tanış olun..(http://bakupress.az/index.php/home/single/4855)Özümüzdə bu açıqlamadan məətəl qaldıq.Təbii ki,nazirliyədə bu cür məlumatı Bərdə rayon polis şöbəsindən verilmişdir. Cəmiyyətimizdə bu cür infeksiya mənbəyi olan pritona niyə laqeyd yanaşma bizidə çaşdırır.Onuda qeyd edək ki, bu əxlaqsızlıq yuvası haqqında mətbuatda xeyli sayda məlumatlar dərc olunub,məlumatlar isə dəfələrlə Bərdə Rayon Polis İdarəsinə və İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə təqdim edilib. Lakin bütün bunların heç bir nəticəsi olmayıb. Dünyanın üç böyük cinayətindən biri olan insan alveri bəzən şəhərin mərkəzində, sakinlərin gözü önündə baş verir. Bundan yəqin ki, bəzi qurumların xəbəri var, lakin, heç bir iş görülmür. Bərdə rayon rayon Polis idarəsinin bu kafedə aşkar edə bilmədiyi əxlaqsızlıq yuvasını BakuPress.az saytı aşkar etdi.Adı çəkilən əxlaqsızlıq yuvasından çəkilən videomaterialı sizə təqdim edirik.Yəqin ki,bu videomaterialdan sonra bu əxlaqsızlıq yuvası haqqında ölçü götrüləcək.

P.S.Qeyd edək ki, kafenin əxlaqsız yuvaya çevrilməsindən sahə müvəkkilindən tutmuş polis rəisinədək hamının xəbəri var. Ancaq heç bir tədbir görülmür. Kafenin infeksiya ocağı olması, müştərilərinin SPİD xəstəliyinə yoluxması da hüquq –mühafizə orqanlarını narahat etmir.

Bizi isə aşağıdakı sual narahat edirdi: necə olur ki, Daxili işlər naziri cənab Ramil Usubov Azərbaycanda baş verən bu cür hallara qarşı geniş mübarizə aparılmasına tapşırıq verir, Bərdə Rayon Polis Şöbəsi isə bu əxlaqsızlıq yuvasına “göz yumur”?



"Bakupress.az" saytının 12.04.2017-ci il tarixli xəbər buraxılışında yerləşdirilmiş yazıda Bərdə rayonunun Mirzalıbəyli kəndi ərazisində Ələkbər adlı şəxsə məxsus yeməkxanada qadın alverinin tüğyan etməsi haqqında videomateriallar təqdim olunmuşdur. Məsələ ilə bağlı Bərdə RPŞ- nin rəisi İlqar Məmmədovla əməkdaşlarımız əlaqə saxladı.İlqar müəllim qeyd etdi ki,"Belə neqativ, mental dəyərlərə də
zidd olan halların qarşısının alınmasında rayon polisi heç şübhəsiz ki, ictimaiyyətin fəal nümayəndələrinin, KİV və QHT təmsilçilərinin də köməyindən istifadə edir, Saytda gedən materiallarla tanış olduqdan dərhal sonra RPŞ-nin əməliyyat qrupu deyilən əraziyə yollanıb. Əvvəllər məhkum olunmuş Ələkbər Abdullayevin tanışı, əvvəllər dəfələrlə inzibati məsuliyyətə cəlb edilmiş Şamil Qasımovla birgə işlətdikləri həmin yeməkxanaya baxış zamanı onlar orda olmayıblar.Videoda olan qızlar və adı çəkilən şəxslər hal- hazırda Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən axtarışdadır.Hal-hazırda adı çəkilən obyekt polis əməkdaşları tərəfindən nəzarətdədir."Əməkdaşlarımızın 13.04.2017-ci ildə həmin əraziyə baxış zamanı həqiqətən həmin obyektin qarşısında post patrul xidmət maşınlarının həmin obyektə nəzarətinin şahidi olduq.Maraqlıdır bu obyektin bağlanmamasında rayon rəhbərliyinin nə marağı var? Məsələyə aydınlıq gətirmək üçün rayon icra başçısı Vidadi müəllimlə telefon əlaqəsi saxladıq.Lakin rayon icra başçısı ilə əlaqə yaratmaq mümkün olmadı.Keçən yazımızda qeyd etmişdik ki,artıq illərdir bu obyekt fəaliyyətindədir.Hətta illər öncə bu şəxsin obyekti sərəncamla sökülsədə digər tərəfdə eyni "dizayn"la yenidən tikilmişdir.Kafenin sahibi Ələkbər özü dəfələrlə deyib ki,görün neçə rəis dəyişilib bu rayonda mənim obyektim bağlanmayıb.Mənim arxamda rayon icra başçısı Vidadi müəllim dayanıb.bildiyimiz kimi ölkə başçımız cənab prezidentin 2014-cü il sərəncamı ilə rayon ərazilərində qeyri-standart obyektlərin sökülməsinə rayon icra başçıları sərəncam verməlidirlər.2011-ci ildən Bərdə rayonuna başçılıq edən Vidadi İsayev rayonda özünə lazım olan obyektlərin sökülməsinə sərəncam verir.Əxlaqsızlıq yuva kimi fəaliyyət göstərən bir kafeni nəinki sökdürür hətta "krişalıq" edir.Prezidentin səlahiyyətli nümayəndəsinin bu cür fəliyyəti ölkə başçısının doğru dürüst siyasətinə ləkə gətirir.Sözün düzü əxlaqsızlıq yuvasına "krişalıq" edən bir şəxsə icra başçısı deməyə adamın dilidə gəlmir.Bu mövzu diqqətimizdədir.Adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq

Oxşar xəbərlər