Bakıdan Xızıya 100 kilometrdir. Paytaxtdan uzaq olmayan bu səfalı bölgə sanki 100 min kilometrlərlə aralıdadır. Rayonun “gözdən uzaq, könüldən iraq” qalması, sosial problemlərinin aşıb-daşması kimsənin tükünü da tərpətmir...
Politika.Az-ın reportyoru rayonda olarkən xızılıların şikayətlərini dinləyib. Əməkdaşımızın sözlərinə görə, əhalini narahat edən əsas məsələ sudur. Xızı hələ də içməli su ilə təmin olunmayıb. Yay-qış bulaqdan su daşıyan sakinlərin çəkdiyi məşəqqəti, zülmü görmək üçün Xızıda olmaq lazımdır.
Əsasən də qışın sazağında, qarlı-çovğunlu aylarda Xızı camaatı susuzluqdan əziyyət çəkir. Dağlıq bölgə olan Xızıda qış ayları qarlı-boranlı keçir, yollar keçilməz olur, bayıra çıxarmaq olmur. Bu şəraitdə insanların bulaq başına gedib qablara su doldurması əsl zillətdir.
2012-ci ildən Xızıya rəhbərlik edən keçmiş əməliyyatçı Xəzər Aslanov geridə qalan 4 ildə Xızı camaatının sözügedən dərdinə şərik çıxmayıb. İcra başçısı öz malikanəsində fasiləsiz su ilə təmin olunub, təm-təraqlı icra hakimiyyəti binasında da bu problem yaşanmır deyə bu balaca rayonun böyük dərdi onun gözünə görsənmir.
Politika.Az-a şikayət edən bir qrup sakin iddia edir ki, X.Aslanovun başı rayonun torpaqlarını hektar-hektar satmağa qarışıb. Xızının ən səfalı guşələrində boş torpaqlar ayrı-ayrı imkanlı şəxslərə, məmurlara peşkəş olunub.
Son olaraq elə AzTV sədri Arif Alışanov 6 hektar ərazidə özünə imarət tikdirdiyi xəbərini qeyd etmək olar. Sakinlərin dediyinə görə, X.Aslanov qardaşı Rövşən Aslanova da geniş imkanlar yaradıb. Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində rəis olan R.Aslanovun Xızıda hektarlarla ərazisi, villası olduğu iddia edilir.
Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyevin də malikanəsi Xızıda bərq vurur. Eyni zamanda ayrı-ayrı orta ranqlı məmurların da villaları Xızıda yan-yana düzlənib.
Sakinlər qeyd edirlər ki, bütün bu ərazilərin satışından böyük gəlir götürən Xızının icra başçısını əhalinin dərd-səri maraqlandırmır.
X.Aslanovun yerli sahibkarların fəaliyyətinə yersiz müdaxilələri rayonda özəl sektoru çıxılmaz duruma salıb. Tikinti şirkətlərinin əsasən icra başçısının müavini Azər Əlizadə və başçının qeyri-rəsmi sağ əli Arzu Əzizovun nəzarətində olduğu deyilir. Azər Əlizadənin qardaşına məxsus olduğu bildirilən "Cəlal inşaat" şirkəti tenderlərin əbədi qalibidir və maxinasiyalar bu şirkətin əli ilə aparılır.
Hazırda rayonda bir aptek var ki, o da hər zaman işləmir. Əhali dərman üçün Sumqayıta gedir, yaxud da ən kritik məqamda təcili tibbi yardıma üz tutur.
Uzun zamandan sonra açılışı olan Xızı rayon Mərkəzi Xəstəxanası fəaliyyətə başlayıb. Ancaq tibbi xidmətin səviyyəsi insanları qane etmir deyə paytaxta gedirlər. Xızıda normal cəmi 2 kiçik ərzaq dükanı, bir poçt, bir bank filialı var.