Ağcabədi rayonunda səhiyyənin inkişafı diqqət mərkəzindədir

Ağcabədi rayonunda səhiyyənin inkişafı diqqət mərkəzindədir Kənardan baxıram, çox gözəl bir abidə tikilmişdir Ağcabədidə. Xəstəxana birinci növbədə Ağcabədiyə, Qarabağ torpağına layiqdir. Eyni zamanda, Azərbaycan dövlətinin qüdrətini göstərir.

Prezident İlham ƏLİYEV

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağcabədi rayon mərkəzi xəstəxanasının baş həkimi Azad Hüseynovdur.

Ağcabədi rayon mərkəzi xəstəxanasının baş həkimi Azad Hüseynov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən baş həkimdir

*****

Ağcabədi rayon mərkəzi xəstəxanasının baş həkimi Azad Hüseynov - Lazım olan bütün tədbirlər görülübdür. Ən müasir avadanlıq quraşdırılıbdır. Doğum, cərrahiyyə, diaqnostika, dializ şöbələri, yəni, tam şəkildə bütün dünya standartlarına cavab verən bir tibb mərkəzidir. Qısa müddət ərzində belə gözəl xəstəxana yaradıldı və bu gündən başlayaraq vətəndaşlara xidmət göstərəcəkdir. Xidmət də yüksək səviyyədədir. Həkimlərin peşəkarlığı, təcrübəsi artır. Bu məqsədlə müxtəlif tədbirlər görülür. Eyni zamanda, səhiyyə sisteminin təkmilləşdirilməsi üçün proqramlar icra edilir. Bölgələrdə də səviyyə Bakıdakından aşağı olmamalıdır. Bu gözəl, möhtəşəm tibb ocağı onu göstərir ki, bölgələrdə də ən yüksək tibbi xidmət göstərilməlidir. Çünki Azərbaycan vətəndaşları sağlam olmalıdırlar. Azərbaycan vətəndaşları sağlam həyat tərzi sürməlidirlər. Əlbəttə ki, diaqnostika və xəstəliyin vaxtında müəyyən edilməsi insanların sağlamlığı üçün əsas şərtdir. Ağcabədi rayonunun inkişafı üçün bundan sonra da əməli tədbirlər görüləcəkdir. Son illərdə Ağcabədidə böyük işlər görülmüşdür. Bu xəstəxana bu işlərin arasında xüsusi yer tutur. Digər layihələr icra edilmişdir. Binalar tikilir, parklar salınır, yollar, kənd yolları çəkilir və bu məqsədlə vəsait ayrılır. Qarabağ torpağında belə gözəl xəstəxanaların tikintisi bir daha qeyd etmək istəyirəm ki, ilk növbədə insanlara dövlət tərəfindən göstərilən qayğının təzahürüdür, eyni zamanda, Azərbaycan dövlətinin gücünü göstərir. Gün gələcək, belə gözəl binalar, xəstəxanalar hazırda işğal altında olan torpaqlarda tikiləcəkdir.

Oxşar xəbərlər