Natiq Əliyev prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır

Natiq Əliyev prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, General-mayor, Əczaçılıq elmləri namizədi, Azərbaycan Müdafiə Nazirliyi Tibb bas idarəsinin rəisi Natiq Əliyevdir.

Natiq Əliyev Avıl oğlu. 1964-cü il avqust ayının 26-da Qərbi Azərbaycanın, Krasnoselsk rayonunun Əmirxeyir kəndində anadan olub. 1982-87-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda farmasiya ixtisasına yiyələnib. O, 2002-2005-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini də bitirib.

Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Kooperasiya Universitetinin məzunudur. Karate-do idman növü üzrə 3-cü dan idman dərəcəsinə malikdir.

"Azərbaycan Respublikasında Dopinq nəzarətinin təşkilinin öyrənilməsi" elmi əsərinin müəllifidir. Əczaçılıq elmləri namizədidir. Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

1999-2012-ci illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışmışdır. Bir vaxtlar Naxçıvan hərbi hospitalının rəisi vəzifəsində çalışan Natiq Əliyev hazırda Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Tibb Baş İdarəsinin rəisidir. Rütbəcə general-mayor olan Natiq Əliyev Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” və “Tərəqqi” medalları ilə təltif olunub.

Hazırda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibb Bas Idarəsinin rəisidir. Azərbaycan Respublikası Prezidentinin 25.06.2013-cü il tarixli Sərəncamı ilə Tibb-Xidməti General-mayor hərbi rütbəsi verilmişdir.

Əczaçılıq elmləri üzrə fəlsəfə doktoru olan Natiq Əliyev 2007-ci ildən “Avropa Universal Döyüş” Federasiyasının prezidentidir.

Natiq Əliyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Natiq Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun General-mayor, Əczaçılıq elmləri namizədi, Azərbaycan Müdafiə Nazirliyi Tibb bas idarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Bizdə hörmətli Natiq Əliyevi dövlətimizə şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər