Ermənilər cəbhəyə texnika və canlı qüvvə yığır - Şərh

Ermənilər cəbhəyə texnika və canlı qüvvə yığır - Şərh Ermənilərin bu cür fəallaşması qəyyumlarının onlara verdiyi komanda əsasında baş verir

Bu sözləri axar.az-a açıqlmasında sabiq dövlət müşaviri Qabil Hüeynli deyib. Politoloq hesab edir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun başına toplaşmış erməni lobbisi bu ölkənin siyasi elitasına ciddi surətdə təsir göstərir:

“Məhz bunun nəticəsidir ki, Rusiya Ermənistanı son bir ildə 3 milyard dollarlıq silahla təchiz edib. Yeni silah partiyaları isə göndərilməkdə davam edir. Buna görə də Ermənistan Azərbaycana qarşı misli görünməmiş təxribatlara əl atır. Son zamanlar təmas xəttində vəziyyət çox gərginləşib. Müxtəlif növ ağır silahların yığılması və hətta canlı hərbi qüvvənin təmas xəttinə gətirilməsi müşahidə edilir. Bura Ermənistan siyasi rəhbərliyinin hərbi ritorikasının xeyli artdığını da əlavə etsək, demək, ermənilər hələ ki, Azərbaycana qarşı psixoloji müharibə aparırlar. Psixoloji müharibənin isti müharibəyə çevrilməsi kiçik bir qığılcımdan asılı ola bilər. Azərbaycan Ordusu təmas xətti boyunca bütün baş verənləri nəzərə alır. Ermənilər təxribatlar törətməklə hər vasitə ilə Azərbaycanı müharibəyə təhrik etməyə çalışırlar. Ona görə də Azərbaycan baş verənləri modelləşdirir və buna uyğun hərbi taktika hazırlayır. Azərbaycan Silahlı Qüvvələrinin təmas xətti boyunca toplanan modern silahları düşmənin zirehli texinakasından tutmuş raket kompleksinə qədər hər şeyi məhv etməyə qadirdir”.

Politoloq qeyd edib ki, Azərbaycan beynəlxalq siyasi qüvvələrin Rusiya və onun əlaltısı olan Ermənistanın hərəkətlərinə reaksiyasını gözləyir:

“Bununla əlaqədar olaraq beynəlxalq təşkilatlarla ciddi iş aparılır. Aparılan işin məntiqi ondan ibarətdir ki, indiyə qədər işğalçıya siyasi qiymət verilmədiyindən daha da harınlaşan təcavüzkar yeni torpaq işğal etmək eşqi ilə ölkəmizi təxribatlara çəkir. Azərbaycanın səbir kasası dolsa da, təxribatlara uymur, vəziyyəti nəzarətdə saxlayır. Vəziyyətin gərgin olduğunu etiraf etməliyik. Ordumuz yüksək döyüş hazırlığına gətirilib və hər an bölgədə isti müharibə baş verə bilər. Bu dəfə nə Rusiyanın cəhdləri, nə də başqaları Azərbaycanı dayandıra biləcək”.

Qeyd edək ki, ermənilər qadağan olunmuş Xocalı hava limanından təkmotorlu təyyarələr vasitəsilə işğal altındakı Şuşaya hava reysləri təşkil etdiklərini açıqlayıblar.
Bunun ardınca Şuşanın “meri” Artsvik Sərkisyanın ermənilərin Şuşaya köçürülməsi siyasətindən bəhs etməsi Azərbaycanın kəskin reaksiyasına səbəb olub.

Oxşar xəbərlər