1 yanvar 2017-ci il tarixinə Azərbaycanın adambaşına xarici borcu $704,7 təşkil edir, bu da 2016-cı ilin əvvəlinə olan göstəricidən 0,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib
“1 yanvar 2017-ci il tarixinə Azərbaycanda əhalinin sayı 1 yanvar 2016-cı ildə 9 mln. 705,6 min nəfərə qarşı 9 mln. 810 min nəfər təşkil edir. Ötən il əhalinin artımı 1,1% olub”, - deyə Palatadan qeyd ediblər.
2017-ci ilin əvvəlinə imzalanan kredit sazişləri üzrə Azərbaycanın xarici borcu $10 mırd. 931,8 mln. və ya ÜDM-in 32,3%-ni, faktiki mənimsənilən məbləğ $6 mlrd. 913,2 mln. və ya ÜDM-in 20,4%-ni təşkil edir.
“2016-cı ilin yekunları üzrə Azərbaycanın adambaşına xarici borcu 2015-ci ilin sonuna olan $710,3-ə qarşı $704,7 təşkil edir”, - deyə Palatadan qeyd ediblər.
Ötən il Azərbaycan $1 mlrd. 203,6 mln. məbləğində kredit vəsaitini sərf edib (2015-ci ilin göstəricisi ilə müqayisədə artım 46,1%), xarici borcun ödənişlərinə $719,2 mln. yönəldilib (artım 41,9%).