Azərbaycanda toy günü faciə - Gərdəyə girən bəylə gəlin alışıb yandı

Azərbaycanda toy günü faciə - Gərdəyə girən bəylə gəlin alışıb yandı Azərbaycanda ən özəl gününü, toyunu faciə ilə keçirən ailələr də var

Big.az ən xoşbəxt günləri yasa dönən bəy və gəlinləri təqdim edir:

Belə hadisələrdən biri bu il, martın 22-də Ağdamda baş verib. Toy karvanında gedən maşınlardan biri qəza törədib.

Sahil Dərgahovun idarə etdiyi “VAZ 2107” markalı, 10 UŞ 492 dövlət nömrə nişanlı maşın yoldan keçən Cəlal Quliyevi vurub. Xəsarət alan şəxs Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daha bir bədbəxt hadisə isə bu ilin fevralın 8-də baş verib. Gəlin maşınını müşayiət edən avtomobil aşıb.

Hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Ziya Bünyadov prospektində 6 avtomobildən ibarət kortej gəlin gətirməyə gedib. Kortejdəki "Hyundai" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək tuneldə eyni vaxtda 5 avtomobili ötmək istəyib. Nəticədə "Hyundai" beton yolayrıcına çırpılaraq aşıb.

Aşan avtomobilin sürücüsü xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Toy günü daha bir bədbəxt hadisə bu il aprelin 30-da yaşanıb.

"20 Yanvar" metrostansiyasının yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binalarından birində lift qırılıb.

Hadisə nəticəsində nişanlısını şadlıq evinə aparmaq üçün gələn bəy iki nəfərlə liftdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar.

Sakinlər bəyin ölməsi haqda xəbər versələr də, məlum olub ki, o, FHN əməkdaşları tərəfindən xilas edilib. Xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb.

Toy günü daha bir faciəvi hadisə ilin sonu, 2016-cı il dekabrın 14-də baş verib.

Toy edən ailənin evi yanıb, bəy və gəlin yanıq xəsarətləri alıb.

Hadisə paytaxtın Binəqədi rayonu ''Sulutəpə'' qəsəbəsində, Etibar Ağayevə məxsus evdə baş verib. Zərərçəkmiş ev sahibinin sözlərinə görə, hadisə onlar restorandan çıxıb evə gələndən sonra olub.

Partlayışın ardından evdə güclü yanğın olub. Onlar alov içində olan bəy və gəlini tez evdən çıxarmağa cəhd ediblər. Bəy Zaur Ağayev üz və bədən nahiyyəsindən, gəlin isə yüngül yanıq xəsarətləri ilə dərhal xəstəxanaya aparılıblar.

Hadisə yerinə həmin vaxt 4 yanğınsöndürən avtomobil gəlsə də alov 4 otaqlı evi əşyaları ilə birlikdə yararsız hala salıb. Ev sahibinin sözlərinə görə, yanğına ilkin səbəb kimi elektrik naqillərindəki qısaqapanma göstərilir. Çünki hadisə vaxtı qaz bağlı olub. Bəy və gəlinin otağında isə bir ədəd elektriklə işləyən soba olub.

Oxşar xəbərlər