‘Abır–həyanın’ satıldığı ‘VİKTORİYA’da reket 'jurnalist' Maarif Abasov izi

‘Abır–həyanın’ satıldığı ‘VİKTORİYA’da reket 'jurnalist' Maarif Abasov izi Keçən yazılarımızda dərc etdiyimiz yazılarda da aydın olduğu kimi bu əxlaqsızlıq yuvasını işlədən şəxslər tutduqları əmələrindən vaz keçmək niyyətində deyilər.

1. ‘Abır–həyanın’ satıldığı ‘VİKTORİYA’da Əmək Kitabçası Qalmaqalı - ŞİKAYƏT
2. ‘Abır–həyanın’ satıldığı ‘VİKTORİYA’da operativ çəkiliş - VİDEO
Dəfələrlə ‘Abır–həyanın’ satıldığı ‘VİKTORİYA’dan yazılar yazdıq. Məqsəd isə bu şəxslərin himayədarlarını aşkarlamaq olub. Azərbaycan adını ölkə və ölkəxaricində biabır edən şəsxlərin aşkarlanması ilə bağlı apardığımız araşdırmadan və çəkilişlərdəndə məlum olub ki, insan alverçiləri ilə mütəmadi iş birliyində olan media mənsubu kimi özünü təqdim edən şəxs Maarif Abasov olub. Həmid adlı obyekt işlədən şəxsdən aylıq rüşvət alaraq onun qeyri-qanuni işlətdiyi iaşiə obyektini himayə etmək olub. M.Abasovun himayə etdiyi “Viktoriya” adlı priton isə qadın bədənini istismarı və onu əşya kimi müştərilərə icarə verməkdən ibarətdir.

Beləki, Maarif adlı Kriminal107.az saytının sahibi reket fəaliyyəti ilə məşğul olduğuda məlum olub. DTX tərəfindən qısa müddət əvvəl həbs edilən “Kriminal107” qəzeti və eyni adlı saytın baş redaktoru kimi təqdim edilən bu şəxsin əməllərinin heçdə jurnalist peşəsi deyil qeyri əxlaqsız növlərin yayılmasına xidməti isə tərəfimizdən aşkarlanmışdır. Bir çox məqamlarda var ki, bu əxlaqsızlıqla məşğul olan obyektləri himayəsi zamanı hətta jurnalist peşə fəaliyyətini icra edən şəxsləridə şantaj etmiş və onların fəaliyyətinə maniələr yaratmışdır.

Həmid “Viktoriya” adlı pritonun görünməyən üzüdür. Əslində isə etibarlı mənbədən verilən məlumata görə, obyektin əsil sahibi Fariz adlı şəxsdir. Fariz adlı şəxs obyekti həmin ərazidə avtoyumada işləyən Zaur adlı məsələyə və iaşiə obyektə adiyyəti olmayan şəxslə icarə müqaviləsi bağlayıb. Məsələnin mahiyyəti isə Zaur adlı bu kimsəsiz birisinə Həmid köhnə maşın alaraq obyekti onun adına icarəyə götürmüş və əslində Zaur deyil Həmidin idarəçi olduğu aşkardır.
Bütün sənədləri Zaurun adına etmiş amma özünün əmrləri icra edildiyi bildirilməkdədir. Qeyd edək ki, 2015-ci il tarixdən etibarən “Viktoriya” adlı iaşə obyetlə mediada reket kimi tanınan “jurnalist” Maarif Abasovla Həmid adlı “insan ticarətçisi” iş birliyi quraraq bizneslərini genişlədiblər. Media nümayəndələrinə qarşı müharibə elan edən bu şəxslər əslində isə əl altından insan ticarəti ilə məşğul olduqları məlum olub.

A N O N S

Marif Abasovla Həmidi bağlayan "Vitoriya" biznesindən başqa hansı tellər mövcudur...?

DTX tərəfindən həbs edilən Maarif Abasova Həmid, ARİF və Mehman kimi otel işlədənlər niyə və hansı məqsədlə çəkilişlər təqdim ediblər

Həmid Maarifə kimlərlə bağlı şok məlumatları verərək şantaj edilməklərinə şərait yaradıb....?

Günay Su
BakuNews.Az

Oxşar xəbərlər