Elxan Şahinoğlu: “Misirdə dinlərarası münasibətləri pozmaq istəyirlər”
Aprelin 9-da Misirin Tanta və İsgəndəriyyə şəhərlərində terrorçu-kamikadzelər tərəfindən kilsələrdə törədilən partlayış müsəlman ölkələrini sarsıdıb. Ölənlərin sayı 50-yə yaxındır. 100-dən çox insan isə yaralanıb. Dünya ölkələrinin əksəriyyəti terrorla bağlı Misir xalqına başsağlığı verib.
Terrorla əlaqədar ən müxtəlif fikirlər var. Çoxları hesab edir ki, Misiri də İraq, Suriya və bu kimi müsəlman dövlətlərinin gününə salmaq üçün məqsədyönlü siyasət yürüdülür. Bunun da tərkib hissəsi terrorlardır. Maraqlıdır ki, digər müsəlman ölkələrində baş verən terror hadisələri zamanı susan Avropa bu dəfə susqunluğunu pozdu. Əksər xristian ölkəsi Misir rəhbərliyinə başsağlığı verdi. Hadisənin kilsədə törədilməsinin isə izi azdırmaq üçün bir məqsəd olduğu deyilir...
Politoloq Elxan Şahinoğlu hesab edir ki, terrorçular Misirdə dinlərarası münasibətləri pozmaq istəyirlər: “DAİŞ (İŞİD) terrorçu qruplaşması Misiri daxildən partlatmaq istəyir. Terrorçular əsasən Misirdə xristian azlığın mərkəzlərini və məbədlərini hədəf götürürlər. Məqsəd aydındır, terrorçular Misirdə dinlərarası münasibətləri pozmaq istəyirlər. Əlbəttə, Misir hakimiyyəti terrorçuların məqsədinə çatmasına imkan vermir, xristian azlığının varlığına önəm verir. Ancaq əgər xristianlara yönəlik terror hücumları artarsa və Misir hakimiyyəti azlığın təhlükəsizliyini qorumaqda problemlər yaşayarsa, həmin azlığın təmsilçilərinin tədricən ölkəni tərk etməsi ehtimalı artacaq. Terrorçulara da elə bu lazımdır. DAİŞ-in terror hücumlarına rəğmən, Misirin İraq, Suriya və Liviyaya çevrilməsi mümkün deyil. Keçmiş general və hazırkı prezident Sisi müdafiə və təhlükəsizlik sektoruna ciddi nəzarət edir. Misirdə ordu ciddi siyasi və hərbi sütunlara malikdir və terrorla mübarizədə geri çəkilən deyil. Mənə elə gəlir ki, Misirin anarxiya yuvasına çevrilməməsi üçün ABŞ da bu ölkəyə dəstəyini əsirgəməyəcək. Təsadüfi deyil ki, ABŞ prezidenti Donald Tramp bugünlərdə Sisini Vaşinqtona dəvət etdi və ikitərəfli görüşdə ona hər cür dəstək vədi verdi. Misirin Amerikanın maliyyə dəstəyinə ehtiyacı var. ABŞ illər uzunu Misir ordusuna hər il 2 milyard dollar maliyyə ayırıb. Barak Obamanın prezidentliyi dövründə bu yardıma ara verildi. Obama Sisinin Mursini devirməsini tənqid etdi. Tramp isə Sisi ilə dostlaşmaq istəyir. Misirin Liviya və Suriyaya çevrilməməsi üçün ordu güclü olmalıdır. Ordunun güclü olması üçün isə maliyyəsi azalmamalıdır. Maliyyənin azalmaması üçün Sisinin Amerikanın yardımına ehtiyacı var və Tramp gərəkəni edəcək”.
Politoloq Misirin sabitliyə çox böyük ehtiyacının olduğunu da vurğuladı: “Tunisi çıxmaq şərtilə, ”Ərəb baharı" iflasa uğradı. Misirdə Hüsnü Mübarəkin devrilməsi ölkəyə sabitlik və inkişaf gətirmədi. Mursi prezident seçildi, ancaq o da ixtilafların dərinləşməsinin qarşısını ala bilmədi. Ona görə də ordu Sisinin timsalında yenidən siyasi hakimiyyətə əl qoymaq məcburiyyətində qaldı. Əgər ilkin illərdə Qərbin, ABŞ-ın və Avropa İttifaqının “Ərəb baharı”na simpatiyası var idisə, sonrakı illərdə bu simpatiya heçə endi. Çünki “Ərəb baharı” həmin ərəb ölkələrini qan gölünə çevirdi. Misir də Liviya və İraqa çevrilmək üzrə idi, vətəndaş müharibəsinə doğru gedirdi, yaxşı ki, yarı yoldan geri döndülər. Misirə sabitlik lazımdır ki, iqtisadi tənəzzüldən qurtulsun, turistlər yenidən bu ölkəyə axın etsinlər".