Astaralı sahibkar Çingiz Hacıyev rayona Yaponiyada yetişdirilən 10 min ədəd naringi tingi gətirib.
Azərtac xəbər verir ki, Yaponiyada yetişdirilən “Miyaqava” növlü narıngi bitkisinin yerli növlərdən fərqləndirən əsas xüsusiyyəti onun daha çox məhsuldar olmasıdır. Bu növ hər bir narıngı ağacı 3-5 il ərzində 300-550 kiloqrama qədər məhsul verir. Yerli növlərdə isə bu rəqəm maksimum 150 kiloqram təşkil edir.
Aqronom Rafiq Ağayev bildirib ki, bu ağaclar bölgənin iqlim şəraitinə tam uyğunlaşa bilər. İran İslam Respublikasında bu növ narıngı əkini təcrübədən keçib və uğurlu olub.
Yeni naringi tingləri Astara, Lənkəran və Masallı rayonlarında sitrusçuluqla məşğul olan fermerlərə satılıb.