Ölkə prezidentinin qarşıya qoyduğu vəzifələri həyata keçirmək məqsədilə “Azərişıq” ASC yarandığı gündən paytaxt da daxil olmaqla ölkənin regionlarında, xüssusilə də cəbhə bölgələrində təxirəsalınmaz yenidənqurma, əsaslı təmir-tikinti və bərpa işlərini davam etdirir.“İşıqlı Azərbaycan” layihəsində önəmli və xüsusi yeri olan cəbhə bölgəsində işlər ekstremal vəziyyətlərdə belə aparılır. Bu səbəbdəndir ki, “Azərişıq” ASC cəbhə bölgəsində gücləndirilmiş iş rejimi ilə işləyir.
İnsan həmişə eşitdiklərindən çox gördüklərinə inanır. Mən də həmişə gördüyünə inananlardanam. Bəlkə də bu jurnalist fəaliyyətimdən irəli gəlir.
Nəysə yazının başlığında qeyd etdiyim kimi bu yazının əsas mövzusu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayevdir. Son vaxtlar “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti haqqında, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri hörmətli Baba müəllim haqqında KİV-də dərc olunan yazılar məni çox düşündürürdü. Axı mən də bir azərbaycanlı kimi Baba müəllimi çox yaxşı tanıyıram. Əvvəl dediyim kimi eşitdiklərimə deyil gördüklərimə inanalardanam. Bu düşüncələrlə jurnalist təcrübəmdən istifadə edərək araşdırmalarıma başladım. Əvvəlcə İnternetdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti haqqında son illərdə yazılmış yazıları bir yerə yığdım və o yazıların hardan, hansı saytlarda və kimlər tərəfindən yazıldığını yoxladım. Məlum oldu ki Baba Rzayev haqqında yazılar əsasən Baba Rzayevin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri seçildikdən sonra yazılmışdır. Bu yazıları dəqiq təhlil etdikdə məlum oldu ki yazılar bir əldən çıxır və yayılır. Yazıların tam məqsədi məlum olmasa da bir məna var kimlərsə Baba Rzayevin şəffaf işini görmək istəmir, kimlərsə yuxarı dairələrdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti haqqında mənfi fikirlər yaratmağa çalışır. Ən pisi isə odur ki, bütün bu pis oyunlara bir jurnalist alət edilir.
Baba Rzayevin rəhbərliyi ilə “Azərişıq” ASC ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə tam təmin edir
“Azərbaycan dünyaya günəş kim doğacaq” - söyləyən ulu öndər Heydər Əliyev öz ölkəsinin inkişaf strategiyasını hələ çox əvvəllər, sovetlər dönəmindən müəyyənləşdirmişdi.
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı həyatımızın bütün sahələrində, o cümlədən elektroenergetika sisteminin inkişafında öz əksini tapıb. Ölkədə həyata keçirilən islahatlar elektrik təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına gətirib çıxarıb.
“Azərişıq" ASC-nin əsas vəzifəsi ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, abonentlərə yüksək səviyyəli xidmət göstərmək, regionun elektrik şəbəkəsini Dünya standartlarına uyğun yenidən qurmaqdır. Bu prinsipləri əldə rəhbər tutaraq, “Azərişıq” ASC artıq genişmiqyaslı yenidənqurma və təmir işlərinə başlamışdır. İstismar müddəti bitmiş və sıradan çıxmış avadanlıqlar texniki baxımdan daha güclü və keyfiyyətliləri ilə əvəz olunur. Yeni yarımstansiyalar tikilir, Komplekt Transformator Məntəqələri quraşdıdılır və kabel xətləri çəkilir. Bütün bunlar, inkişaf etməkdə olan Azərbaycanın qabaqcıl ölkələr sırasında olması və əhalinin rahatliğı üçün həyata keçirilir.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev prezidentin göstərişlərinin icrasına elə şəffaflığın təmin olunması məsələsindən başladı. Bunun üçün Dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili üçün “Elektron Hökumət” portalının təkmilləşdirilməsi, elektron xidmətlərin təşkili sahəsində görülən işlərin səmərəliliyinin artırılması, dövlət orqanlarının elektron xidmətlərindən geniş istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq dövlət orqanlarının portala inteqrasiyası üzrə həyata keçirilən tədbirlərin nəticəsi olaraq daha bir dövlət qurumu portala inteqrasiya edildi. 06.05.2015-ci il tarixdə “Elektron Hökumət” portalının operatoru - RYTN-nin Məlumat Hesablama Mərkəzində “Azərişıq” ASC-nin aidiyyatı nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda qəbul edilmiş qərara əsasən görülmüş birgə işlərin nəticəsində “Azərişıq” ASC portala qoşuldu və bu gün “Texniki Şərt üçün müraciət forması” adlı elektron xidmət portal üzərindən vətəndaşlara təqdim etdi.
Baba Rzayev də çıxışlarında daim qeyd edir ki, hər bir energetikin vəzifəsi prezident İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində istehlakçıların keyfiyyətli, etibarlı və səmərəli şəkildə elektrik enerjisi ilə təmin etməkdir. Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndərimiz Heydər Əliyevin energetika sahəsindəki strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin daimi diqqəti və yorulmaz fəaliyyəti sayəsində ölkəmizin elektroenergetika sistemi daha da inkişaf etdirilərək beynəlxalq standartlara uyğun yenidən qurulur. Aparılan islahatların uğurlu nəticəsidir ki, bu gün Azərbaycan nəinki elektrik enerjisinə olan ölkədaxili tələbatını ödəyir, hətta regionda etibarlı elektrik enerjisi ixracatçısına çevrilmişdir. Bu uğurların əldə edilməsində
“Azərişıq”ASC əməkdaşlarının da xüsusi xidmətləri vardır.
Bütün görülən tədbirlər, yaradılan şərait və infrastruktur deməyə əsas verir ki, çox yaxın zamanlarda “Azərişıq” ASC tərəfindən ölkəmizin ən ucqar nöqtələrində belə Azərbaycan vətəndaşları regionda ən keyfiyyətli və təhlükəsiz elektrik enerjisi ilə təmin olunacaq. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin böyük bacarığı ilə davam etdirilən “İşıqlı Azərbaycan” layihəsi özünün tam olimpinə qovuşacaq. Paytaxtımız Bakı kimi bütün kənd və rayonlarımız işıq nuruna qərq olacaq və ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Azərbaycan dünyaya günəş kimi doğacaq!”
Hazırda öz vəzifəsini uğurla davam etdirən və “Azərişıq” ASC-nin inkişafı ilə bağlı cənab Prezidentimiz İlham Əliyevin tapşırıqlarını şərəflə yerinə yetirir.
Yaxın zamanda görülmüş işlər: “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, yarımstansiyanın ümumi sahəsi 11 min kvadratmetr təşkil edir. Burada 110, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular, elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatikası, texniki online nəzarət dolabları, açılma və qoşulmaların avtomatik idarəetmə sistemi quraşdırılıb. Yarımstansiya binasının zirzəmisində 35 və 10 kV-luq kabel kanallarının estakadası və rəfləri yerləşdirilib. Bununla yanaşı, yarımstansiyanı qidalandıran 110 kV-luq I və II “Yeni Gəncə” hava xətlərinin 24 kilometrlik hissəsi yenidən qurulub. Gəncə şəhərinin mərkəzi hissəsinin 30 faizdən çoxunun elektrik enerjisi ilə təminatında 110/35/10 kV-luq “Yeni Gəncə” yarımstansiyası mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, “Yeni Gəncə” yarımstansiyasından çıxan 10 kV-luq “Yeni Gəncə” və 10 kV-luq IV “Yeni Gəncə” hava xətlərindən 30 min abonent elektrik enerjisi ilə təchiz olunur.
Bununla yanaşı, hazırda inşa olunan 35/10 kV-luq “Məhsəti” yarımstansiyasını qidalandırmaq üçün “Yeni Gəncə” yarımstansiyasından 3,1 kilometr uzunluğunda 35 kV-luq I və II “Məhsəti” kabel, həmçinin 35/10/6 kV-luq “Sənaye Rabitə” yarımstansiyasının qidalandırılması üçün 35 kV-luq I və II “Sənaye-Rabitə” elektrik verilişi xətləri çəkilib. “Yeni Gəncə” yarımstansiyasının hazırda inşa olunan yarımstansiyalarla əlaqələndirilməsi nəticəsində Gəncə şəhərində ilk dəfə olaraq 110 və 35 kV-luq dairəvi elektrik təchizat sxemi yaradılacaq.
Dövlətimizin başçısı yarımstansiyanı işə saldı.
Ümumilikdə son 2 ildə 89 min abonenti olan Gəncə Elektrik Şəbəkəsinin xidməti ərazisində elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisi verilişində yaranan fasilələrin qarşısının alınması məqsədi ilə 35 kV-luq “Nizami” yarımstansiyası inşa olunub, şəhər ərazisində yüksək gərginlikli 110/35 kV-luq hava xəttinin əvəzinə 3,1 kilometr, aşağı gərginlikli 10/6 kv-luq hava xəttinin əvəzinə isə 75,5 kilometr yeraltı kabel və Gəncə şəhərində 4 kilometr 110 kV-luq, 2 kilometr 35 kV-luq, 20,2 kilometr 10/6 kV-luq hava xətləri çəkilib, 305 kilometrdən çox magistral, 92 kilometrə yaxın abonent xətti özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz edilib. Şəhərdə 75 yeni komplekt transformator məntəqəsi, eyni zamanda, 4211 sayğac quraşdırılıb. Ən son texnologiyalara əsaslanan bu cür layihələr həm Gəncədə, həm də digər bölgələrdə yenidənqurma tədbirlərinin ardıcıl olaraq həyata keçirildiyini bir daha göstərir.
“Yeni Gəncə” yarımstansiyasının ətrafı abadlaşdırılıb və yaşıllıq zolaqları salınıb.