Məktəb direktoru Mahir Əliyev hərbi xidmətdən…

Məktəb direktoru Mahir Əliyev hərbi xidmətdən… Lerik rayonu 1930-cu ilin avqust ayında qurulmuşdur. 1938-ci ilin yanvarına qədər mərkəzi Qosmalıan kəndi olmaqla Zuvand rayonu adlanmışdır. Lerik rayonunda 29 kənd ərazi icra nümayəndəliyi və 29 bələdiyyə qurumu fəaliyyət göstərir. 1084 km2 əraziyə malik olan rayonda 161 kənd və bir şəhər vardır. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 13 iyun 2008-ci il tarixli sərəncamı ilə rayon mərkəzi olan Lerik qəsəbəsinə şəhər statusu verilmişdir. Lerik rayon Veri inzibati ərazi bələdiyyəsi bir neçə kəndi özündə cəmləməklə yanaşı sirrli sədri ilə gündəmə gəlib.

Lerik rayon sakinləri tərəfindən redaksiyamıza verilən məlumat şok edici xəbərə çevrildi. Məlumatın məğzində isə dövlət məmurunun hərbi xidmətdən yayınması və dövlət quluğunda qanunsuz fəaliyyət göstərməsi ilə bağlıdır.

Belə ki, Lerik rayon Veri inzibati ərazi bələdiyyə sədri və eyni adlı kənd 9 ilik orta məktəbin direktoru vəzifəsində çalışan Əliyev Mahir Səməd oğlu ilə bağlıdır. M.Əliyev barəsində verilən məlumata görə, hərbi xidmətdən yayındıqdan sonra dövlət qurumlarında vəzifə səlahiyyəti əldə etmişdir. M.Əliyevin sağlam olduğu amma hərbi xidmətdən rüşvət qarşılığı yayındığı qeyd edilməkdədir. Həmçinin M.Əliyev məkdəb direktoru vəzifəsin icra etməklə yanaşı Veri inzibati ərazi bələdiyyəsinin sədri vəzifəsinidə icra etməkdədir.

Bütün bu bildirilən nüansları nəzərə aldıqda ortaya bir məqam çıxmaqdadır. Hərbi xidmətə yararsız olan Mahir müəllim xidmətdən yayınması dövlət qurumunda vəzifə sahibi olması hansı qanunla tənzimləndiyi maraqlı məqamlardandır. Qanun ümumillikdə bir şəxsin eyni dövrdə iki vəzifəni icra etməsinə rəsmi qadağa qoymaqdadır. Azərbaycan Respublikasının qanunları şəxslərin eyni zamanda iki vəzifə sahibi olmağını qadağa etməsi korruptiv əmələrin qarşısını almaq məqsədi daşımaqdadır.

Məsələ ilə bağlı verilən məlumatlar tərəfimizdən araşdırılmaqdadır.

Redaksiyadan: Yazıda adı çəkilən qurumların və ya şəxslərin də mövqelərini dərc etməyə hazırıq.

BakuNews.Az


Məktəb direktoru Mahir Əliyev hərbi xidmətdən…

Oxşar xəbərlər