"İlin başçısı bəlli oldu" - Biləsuvar

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası tərəfindən hər il reallaşan "İLİN BAŞÇISI” sorğusu növbəti dəfə uğurla yekunlaşıb. Sorğunun nəticəsinə görə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev qalib olub.

Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.Sevindirici məqamlardan biri də ondan ibarətdir ki, regionlar arasında müsbət mənada ciddi rəqabət başlayıb.

Bu sözləri açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasovdeyib: "Bu rəqabəti dəyərləndirmək, cəmiyyətdə bu istiqamətdə marağı artırmaq, Hökümət təşkilatları ilə Qeyri-Hökümət təşkilatları arasında əlaqələri daha da inkişaf etdirmək məqsədi ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının İctimai Birliyinin Analitik Sorğu Mərkəzi və bir neçə xəbər portalı "İLİN BAŞÇISI” nominasiyası üzrə sorğunu başa vurdu. Ümumilikdə sorğuda 479.384 nəfər iştirak edib. Onlarda 74.596 nəfər Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevə səs verib. Sorğunun qalibi BİLƏSUVAR RAYUNU oldu. Mübarizə dürüst və fasiləsiz oldu”

BİOQRAFİYA

Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. Ali təhsillidir. "Naxçıvan" universitetinibitirmişdir. 1977-1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyətinə 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlamışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışmışdır. 2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilmiş və 08.09.2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutmuşdur. 08.09.2006 - 26.04.2011-ci illərdə Astara rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışmışdır. 26 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.

Oxşar xəbərlər