Azərbaycanlı qanuni oğruya 3 il iş verildi

Azərbaycanlı qanuni oğruya 3 il iş verildi Moskva şəhər Presnesk rayon məhkəməsi azərbaycanlı qanuni oğru Taleh Dağlıyevi 3 il müddətinə azadlıqdan məhrum edib.

Kriminal aləmdə "Taleh Maştağinski” kimi tanınan Dağlıyev narkotik maddə saxlamaqda ittiham edilib.

Dağlıyev ötən ilin sentyabrında Moskvadakı "Naş dvor” restoranında saxlanılmışdı. Rusiya DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyatçıları tərəfindən həbs olunan 32 yaşlı "Taleh Maştağinski”nin üzərindən narkotik maddə tapılmışdı.

Taleh Dağlıyev Bakının Maştağa qəsəbəsindəndir. O, 2014-cü ildə Türkiyədə keçirilən "sxodka”da "oğru” adənı alıb. Ona bu titul "Lotu Quli” tərəfindən verilib.
///lent.az

Oxşar xəbərlər