Fevralın 26-da Azərbaycan öz tarixinin ən faciəvi günlərindən birinin - Xocalı genosidinin 25-ci ildönümünü qeyd etdi. Ancaq ildönümü günü informasiya saytlarında bu faciə ilə bağlı xəbərlərlə yanaşı, cəbhə xəttindən olan həyəcanlı xəbərlər də yer aldı. Həmin xəbərlərə görə, Ermənistanın növbəti təxribatının qarşısını alarkən Azərbaycan ordusunun 5 döyüşçüsü şəhid olmuş, üstəlik, onların cəsədlərini dərhal götürmək mümkün olmamışdı.
Belə hallar təəssüf ki, təmas xəttində birinci dəfə deyil baş verir. Milli qəhrəmanlar - Mübariz İbrahimovu və Çingiz Qurbanovu yada salmaq kifayətdir. Və ələlxüsus da ilk dəfə deyil ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri hamıya və heç kəsə ünvanlanmayan yayğın-narahatedici bəyanatlarla çıxış edirlər.
***
Bir çoxları fevraldakı bu bir neçə günlük döyüşləri ötən ilin aprelində cəbhədə baş verənlərlə müqayisə edir. Lakin əksər ekspertlərə görə, keçənilki hadisələrin təkrarlanmasından danışmaq mümkün deyil. Çünki nə hərbi toqquşmanın miqyası, nə “yerli coğrafiya”, nə də hər iki tərəfdən həlak olanların sayı müqayisəyə gəlmir. Bununla belə, oxşarlıqlar da var və ən əvvəl odur ki, Ermənistan regionda yenidən vəziyyəti “kəskinləşdirmə oyununa” getməyə başlayıb.
Ümumən Cənubi Qafqazda çoxları üçün əlverişsiz olan bir reallıq var: Qarabağ bölgəsində gərginliyin qalmasının birinci səbəbi Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarımızın işğalının davam etməsidir. Təmas xəttindəki hər bir insident ayrılıqda araşdırılarkən yaxşı olar ki, bu məqam unudulmasın. Ancaq budəfəki “özəlliklərə” də şübhə yoxdur: iş ondadır ki, cəbhədəki “kəskinləşmə oyunu”nu növbəti dəfə Ermənistan başlayıb. O Ermənistan ki, onun rəhbərliyinin bu xüsusda öz daxili siyasi məntiqi var.
İrəvanda şübhəsiz ki, “Böyük müharibə” planlaşdırılmayıb: çünki belə ssenaridə ən azından, uğura zəmanət yoxdur. Amma “nöqtəvi” gərginlik yaratmaq, ötən ilin aprelindəki uğursuzluğa görə revanş götürmək - bu cür ssenari, hər halda, Serj Sərkisyanın yaxın ətrafındakı “strateqlər” tərəfindən yazılıb. İrəvanda güman edirlər ki, belə bir hərbi əməliyyatın uğuru Azərbaycanı Qarabağ nizamlanmasına dair danışıqlarda daha “üzüyola” edər - xüsusən də o vaxt ki, diplomatik müstəvidə qüvvələr nisbəti Ermənistanın ziyanına dəyişməkdədir. Ən başlıcası, Qarabağdakı son provokasiyaya, hər şeydən göründüyü kimi, seçkiöncəsi dekorasiya üçün hansısa “balaca qələbə müharibəsi” rolu ayrılıb.
Bu yerdə yada salaq: lap yaxınlaradək hesab edilirdi ki, Ermənistandakı aprel parlament seçkiləri ən yaxşı halda prezident seçkilərinin “məşqi” olacaq. Ancaq indi situasiya tam fərqlidir. Seçkilərdən sonra işğalçı ölkədə yeni konstitusiya qüvvəyə minəcək. Həmin konstitusiyaya görə, prezidentin səlahiyyətləri baş nazirlə parlament arasında bölüşdürüləcək. Hələ konstitusiya islahatları başlayanda bir çox ekspertlər ehtimal eləmişdilər ki, bu reformaları Sərkisyan müstəsna olaraq, prezidentlik postundan baş nazirlik postuna problemsiz keçmək üçün düşünüb. Onu da bildirirdilər ki, oxşar ssenarini Gürcüstanda Mixail Saakaşvili reallaşdırmağa cəhd edib. Doğrudur, Ermənistanda ya nəzərə almayıblar ki, həlledici anda Saakaşvilinin partiyası seçkidə uduzub, ya da “inzibati resurslar”a ümid edərək eyni ssenarini özlərində təkrarlamaq qərarına gəliblər. Nə olur-olsun, indi Sərkisyanın yaxın ətrafında hakim partiyanın qələbəsinə artıq tam əminlik yoxdur.
Bu fonda Qarabağda hay-küylü uğur heç vaxt olmadığı qədər yerinə düşərdi. Di gəl ki, hər şey heç də İrəvanın arzuladığı kimi yekunlaşmadı. Cəbhə xətti bir addım da dəyişmədi. Yeni rəhbər Viqen Sərkisyan başda olmaqla, Ermənistanın Müdafiə Nazirliyi isə öz itkiləri haqda susur.
Nəhayət, diplomatik cəbhədə də hadisələr İrəvan üçün heç də arzulanan şəkildə inkişaf eləmir. İrəvan politoloqları, qoy olsun lap Qrant Melik- Şahnazaryan səviyyəsində, bağırırlar ki, niyə bizim diplomatlarımızın səsi çıxmır? Hüquqşünaslar, ombudsmanlar çıxış edir, bəs diplomatlar hanı? Diplomatlar isə beynəlxalq hüquq normalarından yaxşı xəbərdar olan bir auditoriya qarşısında çıxış etməyə məhkumdur. Belə auditoriyada etnik təmizləmə formasında “xalqların öz müqəddəratını təyinetmə” məsələsinə istinad çətin ki, yerisin. Odur ki, Ermənistan “qalibiyyətli müharibə” əvəzinə ən yaxşı halda “hay-küylü çaq-çaq” alıb. Pis halda isə... Sərkisyana indiki hadisələrin “siyasi bumeranq” effektli zərbəsi hələ qabaqdadır.
Ola bilsin, buradaca nöqtə qoymaq, növbəti erməni təxribatının qarşısını alan azərbaycanlı döyüşçülərin mərdlik və şücaəti qarşısında baş əymək və yeni erməni təxribatlarına hazır olmağı məsləhət görmək lazım idi. Di gəl ki, daha bir məqamı qeyd etmək lazım gəlir. Məsələ ondadır ki, təmas xəttində vəziyyətin növbəti dəfə kəskinləşməsi Bakıda Cənub Qaz Dəhlizi ilə bağlı Məsləhət Şurasının 3-cü iclasından dərhal sonra baş verib. Özü də həmin iclasın gedişində bu superlayihənin həyata keçirilməsi yönündə böyük bir nailiyyətin əldə olunduğu qeyd edilmişdi.
Əlbəttə ki, Azərbaycanın neft-qaz layihələri çoxdandır ki, İrəvanda əsl isterika doğurur. Təkcə ona görə yox ki, neft-qaz kəmərləri tranzit haqları ilə birgə səliqəli şəkildə Ermənistandan yan keçir və nəticə etibarilə regionun iqtisadi həyatından onu daha da kənara sıxışdırır, həm də o səbəbə ki, İrəvanda, nəhayət, özləri üçün kəsdiriblər ki, Azərbaycan büdcəsinə axan neft dollarları və “qaz-avro”lar bilavasitə “Naqor” pilotsuz aparatları və “Qasırğa” yaylım atəş sistemləri ilə birbaşa bağlıdır.
Hərçənd belə görünür, Cənub Qaz Dəhlizi İrəvandan daha çox Moskvanı əsəbiləşdirir. Məsələ ondadır ki, bu layihənin reallaşması Rusiya üçün həm konkret gəlir itkisi, həm də və daha vacibi, Avropa ölkələrinə siyasi təsir rıçaqlarının itkisi deməkdir. Bu yerdə bir azca izahata ehtiyac var.
Əslində Cənub Qaz Dəhlizi mahiyyət etibarilə anti-Rusiya, anti-Putin layihəsi deyil. Ümumiyyətlə, heç kimin əleyhinə deyil. Onun bir bəsit hədəfi var: mavi yanacağı ixracatçıdan (Azərbaycan, “Şahdəniz” yatağı) istehlakçıya (Cənubi Avropaya) maksimum etibarlı və sərfəli marşrutla çatdırmaq. O başqa məsələ ki, bu layihənin reallaşması yeni siyasi gəlişmə ilə eyni vaxta düşüb: Moskva olduqca qətiyyətli şəkildə Avropa qaz bazarından sıxışdırılır.
Sərt şəkildə ifadə eləsək, vəziyyətin bu cür dəyişməsində Moskvadan savayı heç kim günahkar deyil. Bu barədə dəfələrlə deyilib. Rusiya üçün Avropaya “böyük qaz ixracı” epoxası 2005-ci ildə bitib - nə vaxt ki, Moskva ilk dəfə olaraq, özünün qaz tədarükündən təzyiq və siyasi şantaj kimi istifadə etməyə başlayıb. Hələ o zaman daha uzaqgörən ekspertlər xəbərdarlıq eləmişdilər: “Qaz silahı” effektli ola bilər, lakin bəla ondadır ki, ondan yalnız bir dəfə istifadə eləmək olar. Bundan sonra istehlakçılar idxalı şaxələndirməklə bu qəbildən xoşagəlməzliklərdən sığortalanmağa səy edirlər.
Əlbəttə ki, Avropada “Qazprom”la müqavilələri tam pozmaq bəyanatı vermədilər. Fəqət, “energetik təhlükəsizlik”, “ixracın şaxələndirilməsi” və s. Avropanın ən ali kabinetlərində səslənməyə başladı. ABŞ-dan bu siyasətə dəstək gəldi. Ola bilsin, coğrafi reallıqlar olmasaydı, Rusiyanı heç nə və heç kimlə əvəzləmək mümkün olmazdı. Ancaq Avropanın alternativ variantı var və Azərbaycan onlardan biridir. Üstəlik, məhz Azərbaycan vasitəsilə çox da uzaq olmayan gələcəkdə Mərkəzi Asiyanın qazı da Avropaya çatdırıla bilər - bu isə sanballı həcmdir.
Şübhəsiz, istənilən halda Rusiyanı Avropa qaz bazarından tam sıxışdırıb çıxarmağın mümkün olmayacağını deyənlər də haqlıdır. Ancaq iş ondadır ki, sadəcə, qaz satmaq və bundan gəlir götürmək üçün bazarda mövcud olmaq kifayətdir. Qaz tədarükündən təzyiq vasitəsi kimi istifadə etmək üçünsə gərək monopolist olasan - hansı monopoliya ki, Moskvanın əlindən deşilmiş balondan çıxan qazdan da sürətli çıxmaqdadır.
Nəhayət, belə miqyaslı layihənin reallaşmasından sonra ixracatçı ölkələrdə siyasi “dəyişikliklər” qaçılmazdır: Azərbaycanın Avropa dövlətləri ilə əlaqələri möhkəmlənir, Xəzərin şərq sahilində Qərbin nüfuzu artır - harda ki, dünənədək Rusiyanın yeganə alternativi əfqan “Taliban” idi. Belə bir situasiyada Rusiya Cənub Qaz Dəhlizi layihəsini pozmağa çalışacaqmı? Sual ritorikdir. Xüsusən də bunu öz forpostu Ermənistanın əli ilə niyə də etməsin? Xüsusən də elə bir zamanda ki, İrəvanın Moskvadan asılılığı ən yüksək həddədir.
Yəni belə bir genişmiqyaslı və təhlükəli təxribata Rusiyadan müvafiq “təhrik” olmadan çətin ki, gediləydi. Bundan sonrakı ssenari isə sadə və etibarlıdır: təxribat, panika, qaçqın axını, ölkədə daxili siyasi sabitsizlik yaratmaq üçün arzuolunan situasiya. Bunun ardınca, açıq danışaq, iri həcmli sərmayələri, böyük layihələri, Azərbaycanın real müstəqilliyini uzun müddətə unutmaq lazım gələcək. Və əgər bu zaman Moskvanın sevimli forpostuna da hansısa dividentlər qismət olacaqsa, Rusiya buna etiraz etməyəcək.
İstisna deyil ki, cəbhə xəttində növbəti təxribat, sadəcə, Xocalı faciəsinin ildönümü ilə üst-üstə düşüb, təsadüfdür. Əgər belədirsə də, həddən ziyadə diqqətçəkicidir. Bu nüans haqda bir çox ekspertlər, o cümlədən bu sətirlərin müəllifi dəfələrlə deyiblər. Bununla belə, yenə xatırladaq: həddən ziyadə çox şey 366-cı rus alayının Xocalını məhv etməsində iştirakçı olmasının təsadüf olmadığını göstərir - nə vaxt ki, alayın şəxsi heyətini, sadəcə, kim daha çox pul ödəyirdisə, ona muzdla verirdilər. 1992-ci ilin fevralında SSRİ-nin parçalanması və MDB qurumunun qaynar izləri əsasında aydınlıq yox idi ki, keçmiş sovet respublikalarının yeni birlikdə real suverenliyi nədən ibarət olacaq. Başqa şeylərlə yanaşı, Moskva respublikalara milli güc strukturları əvəzinə hansısa MDB silahlı qüvvələrini yaratmağı təklif edirdi. Ayrı sözlə, Moskva komandanlığı altında sovet ordusunu saxlamaq niyyəti güdülürdü. Xocalının məhv edilməsi də Azərbaycana nümayiş etdirməli idi ki, milli silahlı birləşmələr öz vətəndaşlarını qoruya bilməyəcək.
O vaxt Kremlin hesablamaları baş tutmadı. Ancaq indi - Xocalı faciəsindən 1/4 əsr sonra Moskva və İrəvan yenə Bakıya hərbi-siyasi təzyiq etməyə çalışır. Amma ötən əsrin 90-cı illərində iflas olmuş “siyasi texnologiyalar” XXI əsrin ikinci onilliyində hətta nəzəri cəhətcə belə, uğur qazana, işləyə bilməz. \\musavat.com\\