Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun atası Qardaşxan Əsgərovun səhhəti pisləşib.
Bu barədə azvision.az-a girovun yaxınları məlumat veriblər. Bildirilib ki, Dilqəm Əsgərovun atası ağır vəziyyətdə Ak.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.
"Vəziyyəti ağırdır. Son günlər özünü yaxşı hiss etmirdi. Müalicələr fayda vermir. Ona görə Bakıya gətirdik. Hazırda reanimasiyaya yerləşdirilib. Həkim nəzarətindədir. Yanına heç kimi buraxmırlar".
D.Əsgərovun yaxınları bildiriblər ki, bu gün girovların Hüquqlarını Müdafiə Komitəsinin təcili toplantısı keçiriləcək.
Xatırladaq ki, 2014-cü ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma "məhkəmə"nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.