“Axı dedilər ki, işıq, qaz bahalaşmayacaq...”
Əməkdar artist, tanınmış aktrisa Nahidə Orucova ilə müsahibəni təqdim edirik:
- Nahidə xanım, 2016-cı il sizin xatirinizdə necə qalacaq?
- Bu il mənim üçün çox səmərəli keçdi. İlin əvvəlində prezident mükafatına layiq görüldük. Bu, bizim üçün sevindirici haldır, bir köməkdir aktyorlara. May ayında siyahı hazırlandı və mən də həmin siyahıya düşəndə çox sevindim. Bundan başqa seriallara, bir çox filmlərə dəvətlər aldım, çəkildim. Yayda mən dincələ-dincələ filmlərə çəkilirdim. Bir arada 2-3 filmə çəkildim. Aktyor üçün iş, teatrda təzə rollar, tamaşalar olanda biz yaşayırıq, il səmərəli olur. Vay o günə iş olmaya... (gülür)
- Bəs teatrdakı işinizdən razısız?
- Əlbəttə ki, razıyam. Hazırda “Molla Nəsrəddinin beşinci arvadı”nı hazırlayırıq. Gözəl tamaşadır, inşallah yəqin ki, fevral-mart ayında hazır olacaq, indi isə məşqləri gedir. Ümumiyyətlə, bizim teatrda bir çox tamaşalar hazırlanır. Köhnə tamaşaların da bərpasını götürmüşük, məsələn Üzeyir Hacıbəyovun “Arşın mal alan” tamaşasını səhnələşdiririk. Yəni teatrımızda həmişə iş var. Bəzən deyirlər ki, “siz hər gün məşq edirsiz?”. Başa sala bilmirəm ki, köhnə tamaşalar artıq bitdi, biz hər il təzə tamaşalar hazırlayırıq. Bir daha qeyd edirəm, iş olanda biz yaşayırıq. Şəxsən mənim çəkilişlərim olanda və ya hansısa verilişlərə gedəndə yaşayıram. Yəni tələb olunan aktyorlar üçün iş var.
- Amma iki il bir-birinin ardınca xoşagəlməz olaylar yaşadız, gözəl aktrisamız Nuriyyə Əhmədova sizin evinizdə, görkəmli rejissor Ələkbər Kazımovski isə sizin ad günü mərasiminizdə dünyasının dəyişdi...
- Biz gəlirik həyata, bu həyat da ki, ömürlük deyil, nə vaxtsa köçəcəyik. Amma bunun da gec-tezi var. Onsuz da biz itirə-itirə gedirik, o cür korifeylərimizi, teatrımızın, kinomuzun sütunlarını itirmişik və çox təəssüf ki, yerləri boş qalır. Bəzən deyirlər ki, əvəz olunmaz adam yoxdur. Amma bizim sənətdə var. Çünki bizim sənət əvəzolunmaz sənətdir və yalnız bu sənəti sevənlər onun dəyərini bilir. Doğrudan da çox heyfslənirəm ki, mənim ətrafım get-gedə boşalır. Elə bil illər yaşa dolduqca başdan bir-bir saçlar tökülür. Və heyf ki, biz onları cavan itiririk.
- “Kişi sözü” serialındakı Nahidə obrazı kişi üzərində hökmü olan, evdəki qərarları özü qəbul edən qadındır. Bəs həyatda Nahidə xanım necədir?
- Mən həyatda çox mülayim, həlim, üzü yola adamam, hər insanla dil tapa bilirəm. Elə bir şey olmaz ki, kiminləsə küsülü qalım, ürəyim dözməz ki, küsülü olum, yəni kinsiz insanam. Amma insanlar var ki, bunu bacarır. Mehribanam, ümumiyyətlə insanları sevən adam. Heyf ki, insanlar çox zaman bundan sui-istifadə edirlər. Ancaq nə edək, pənah Allaha, tanrı özü bilən məsləhətdir.
- Serialda qarşı tərəf qadın hökmü qarşısında zəif kişidir. Həyatda bu cür kişilərə münasibətiniz necədir?
- Qarşı tərəf obrazını yaradan aktyor Elnur Hüseynov çox gözəl insandır. Amma həyatda qadın sözünə baxan kişiləri sevmirəm. Mənim üçün o cür kişi artıq kişi deyil. Həyatda istərdim ki, kişi hökmlü olsun. Mən özüm hökmlü, qərarlı insanam. İstərdim ki, yanımda olacaq kişi də belə olsun. Əfsus ki, elə kişilər bizdə azdır, bəlkə də buna görə mən bu gün təkəm. Mənim xasiyyətimdən üstün olan kişi istəyərdim. Amma yoxdur. Ümumiyyətlə, bizdə cılızlaşma gedir, həm insanlarda, həm də hər bir sahədə.
- Tənhalıqdan söz düşmüşkən, bu ilin sonunda həmkarınız Naibə Allahverdiyeva axır ki, tənhalığına son qoyaraq ailə həyatı qurdu. Gələn il sizdən də bu cür xoş xəbərlər ala biləcəyik?
- Mən çox sevinirəm və Naibəyə deyirəm ki, “Ay Naibə, sağ əlin mənim başıma” (gülür). Mən də çox istəyərdim ki, tək olmayım. Heç olmasa yaşımın bu çağında tənha qalmayım. Cavanlıq elədir ki, biz onda hər şeyə çox da fikir vermirik, cavanlığını, məhəbbət dolu həyatını keçirirsən sənətinə, övladına, ətrafındakılara. Amma yaşımızın elə bir məqamı gəlib çatıb ki, sən artıq fikirləşirsən ki, mən niyə tək olmalıyam. Və istəyirsən ki, yanında, ətrafında kimsə olsun. Amma...
“Biz aktyorlar nə maaş alırıq ki...”
- Sizi daha çox komik obrazlarını ifaçısı kimi tanıyırıqı. Maraqlıdır, tamaşaçıları güldürən Nahidə xanım bəs özü kimə gülə bilir?
- Yeri gəlmişkən, mən komik aktrisa deyiləm, dramı bitirmişəm. Amma imkan olmadı ki, “Azdrama”da işləyim. Mənim əgər diplomum o sahə üzrədirsə və mən orada işləmirəmsə, çox təəssüf... Əgər mən özümü Musiqili Komediya Teatrında tapmışamsa, çox istəyərdim ki, drama əsəri də oynayım. Gülməyə gəldikdə isə onsuz da həyatımız indi çox gülüncdür. Hər şey, hər addım gülüncdür, özümüz də nəyə güldüyümüzü bilmədən uğunub gedirik. Amma düz deyirsiz ki, tamaşaçını güldürmək çox çətindir. Bəzən görürsən ki, aktyor səhnədə dəridən-qabıqdan çıxır, amma tamaşaçı adi qarşılayır, heç qımıldamır, dodağı da qaçmır. İndi düşünən tamaşaçımız çoxdur və onları güldürmək çətindir.
- İlin sonuna yaxın Tarif Şurası qazın, işığın qiymətinin bahalaşacağı ilə bağlı qərarını açıqladı, manat da hələ də üzən məzənnədir, iqtisadi böhran getdikcə daha da dərinləşir və sairə. Bu proseslər sizin güzəranınıza necə təsir göstərir?
- Axı dedilər ki, işıq, qaz pulu bahalaşmayacaq, öz yerində qalacaq.
- Bu, şayiə idi.
- Böhran bizə də təsir göstərəcək də. Biz aktyorlar nə maaş alırıq ki... Ona görə indidən bizi fikir aparır ki, bunun axırı necə olacaq... Amma o maaşı almayan, heç bir yerdə işləməyən, yalnız pensiya ilə dolanan insanlar da var axı. Mənim yazığım gəlir, irəlidə bizi çox acınacaqlı günlər gözləyir...
- Qarşıdan Xoruz ili gəlir. Ümumiyyətlə, astroloji illərə və ya bürclərə inanırsızmı?
- İnanıram. Mənim ilim öküz, ayım isə xərçəngdir. Amma deyirlər ki, gələn il hər şey yaxşı olacaq. Görək, ya qismət. Çox istəyərdim ki, maaşlarımız artsın, ən əsası isə özümə cansağlığı istərdim. Və millətimiz üçün sülh, əmin-amanlıq, xoş rifah arzulayıram. Əvvəllər baxırdın ki, insanların üzləri gülərüz idi. Amma indi baxırsan ki, hamını problem basıb, daha çox problemli üzlər görürsən. Rifahları xoş olsa insanların bir-biriləri ilə davranışları da xoş olar.(musavat.com)