Azərbaycanda hava kəskin pisləşəcək? - Açıqlama

Azərbaycanda hava kəskin pisləşəcək? - Açıqlama Rusiya və Türkiyədən fərqli olaraq Azərbaycanda yaxın günlərdə hava şəraitinin kəskin pisləşəcəyi gözlənilmir.

Bu barədə AzVision.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Bayramova bildirib.

Onun sözlərinə görə, Azərbaycan ərazisində yaxın 2-3 gün ərzində hava şəraitində dəyişiklik olmayacaq: “Rusiya və Türkiyədə hava şəraitinin qeyri-sabit, yağıntılı olması ilə bağlı xəbərləri izləyirik. Azərbaycan ərazisində hava şəraitində dəyişiklik olmayacaq. Bölgələrdə və paytaxtda əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Mülayim cənub qərb küləyi əsəcək, arabir güclənəcək. Paytaxtda 10-14, Mərkəzi Aran rayonlarında 9-14, dağlıq ərazilərdə isə 3-8 dərəcə isti təşkil edəcək. Dəyişiklik olarsa bu haqda ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, şimal qonşumuz Rusiyada havanın temperaturu kəskin şəkildə aşağı düşüb. Hətta Rusiya Fövqəladə Hallar Nazirliyi Moskva sakinlərinə havanın temperaturunun mənfi 35-dək düşəcəyi ilə bağlı xəbərdarlıq edib. Qonşu Türkiyədə də yaxın günlərdə hava şəraitinin pisləşəcəyi proqnozlaşdırılır.

Oxşar xəbərlər