Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsi - Nazirliyin orqan, hissə və təşkilatlarının maliyyələşməsi, büdcə və büdcədənkənar göstəricilərin proqnozlaşdırılması, əmək haqqı və ödənişlərin müəyyən olunması, mühasibat uçotu, uçotun metodiki təşkili və hesabatı, nəzarət-təftiş və pensiya təminatı işini təşkil edən müstəqil struktur hissədir.
Son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə böyük quruculuq, abadlıq işləri görülmüş, əhalinin məşğulluq probleminin həlli, rifah halının daha da yaxşılaşması, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, bu tendensiya respublikanın daxili işlər orqanlarından da yan keçməmişdir. Diqqətəlayiq haldır ki, ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan Polisinin dövlətçiliyin və sabitliyin qorunmasında, cinayətkarlıqla mübarizədə xidmətlərini yüksək qiymətləndirilir, DİN-nin maddi-texniki bazasının möhkəmləndirilməsi və daim müasirləşdirilməsi, şəxsi heyətin sosial müdafiəsinin, yaşayış və iş şəraitinin yaxşılaşdırılması, fəaliyyətin beynəlxalq standartlara, demokratik prinsiplərə uyğun təkmilləşdirilməsi üçün çox mühüm qərarlar qəbul edir. Onun imzaladığı «Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair» Dövlət Proqramına uyğun olaraq, ötən müddətdə Daxili İşlər Nazirliyinin orqan və hissələri üçün müxtəlif təyinatlı obyektlərin tikilib istifadəyə verilməsi də artıq ənənə halını almışdır.
Hər bir maliyyə qurumunun fəaliyyətində olduğu kimi, DİN-in Maliyyə-Plan İdarəsinin də işinə qarşı irəli sürülən əsas tələblər şəffafvlıq və dəqiqlikdir. Xüsusən də Qarabağ müharibəsinin veteranları olan, eləcə də artıq təqaüdə çıxmış polis əməkdaşlarına verilən pensiya və müavinətlərin hesablanmasında, DİN strukturlarında çalışan şəxsi heyət üçün nəzərdə tutulan sosial müavinətlərin ayrılmasında İdarənin əməkdaşlarının rolu əsasdır.
Eyni zamanda da Maliyyə-Plan İdarəsi nazirliyin tabeliyində olan digər qurum və təşkilatların tərkibində fəaliyyət göstərən maliyyə bölmələrinin işini daima nəzarətdə saxlamalı, vaxtaşırı tələb olunan yoxlama-təftiş prosedurlarını həyata keçirməlidir. Məlum olduğu kimi DİN strukturlarında da nəzarət sisteminin mühüm bir həlqəsi kimi məhz maliyyə nəzarəti çıxış edir. Onun məqsədi nazirliyin maliyyə siyasətinin uğurla həyata keçirilməsinə yardım etmək, DİN-in bütün stuktur və tabelikdə olan qurumlarında maliyyə resurslarının formalaşması və səmərəli istifadə edilməsi prosesini təmin etməkdən ibarətdir. Əlbəttə ki, bütün bu işlər gərgin əmək və böyük zəhmət tələb edir.