“Samsung” şirkətinin binasında axtarış aparılıb.
“Qafqazinfo” “Ryönxap” agentliyinə istinadən xəbər verir ki, axtarışlar Cənubi Koreya prezidenti Pak Kın Xenin ətrafındakı korrupsiya qalmaqalının araşdırılması ilə bağlıdır. Agentlik qeyd edir ki, müstəntiqlər şirkətin Çxve Sun Silin qızına qeyri-leqal maliyyə yardımı edib- etmədiyini aydınlaşdırmağa çalışıb. “Samsung” şirkəti axtarışlarla bağlı məlumatı təsdiqləsə də, səbəbi açıqlamayıb.
Qeyd edə ki, Çxve Sun Sil prezident Pak Kın Xenin keçmiş rəfiqəsidir və o, prezidentə təsir göstərmək, onun hakimiyyətindən sui-istifadə etməkdə şübhəli bilənərək həbs edilmişdi.