ABŞ: Çin nümayiş etdirdiyi yeni qırıcını bizdən oğurlayıb
ABŞ hökuməti Çin dövlətini oğurluqda ittiham edib.
Vaşinqton Çinin yeni nümayiş etdirdiyi Chengdu J-20 döyüş təyyarələrinin texnologiyasının oğurluq olduğunu bəyan edib.
"NBC News" kanalının ABŞ hakimiyyətinə istinadən yaydığı məlumatda bildirilir ki, yeni qırıcının eskizi və texnologiyası çinli hakerlər tərəfindən Pentaqonun kompyuter sistemi sındırılaraq oğurlanıb.
Məlumatda həmçinin bildirilir ki, yeni qırıcılar "Stels" sistemi ilə təchiz olunub ki, bu da yalnız ABŞ-da var.
"Hər şeyi oğurlamaq, surətini çıxarmaq və özününkü kimi təqdim etmək Çinin əsas strategiyasıdır", məlumatın sonunda belə vurğulanır.
Əksər hərbi ekspertlər Çin təyyarəsinin ABŞ F-35-nin analoqu və birə-bir kopyası hesab edirlər.