9 ay əvvəl 6 yaşlı oğlunu əlindən tutub "Briz-L" klinikasına əməliyyat üçün aparan Firuz İbrahimov indi ah-nalə çəkir.
2016-cı ilin yanvar ayının 19-da 6 yaşlı Yusif İbrahimov əməliyyat olunması üçün Bakının Nərimanov rayonunda yerləşən "Briz- L" klinikasına gətirilib. "Hər iki gözün daxili düz əzələsinin 5 mm resessiyası" diaqnozu əsasında əməliyyat olunan uşaq, elə əməliyyat əsnasında dünyasını dəyişib. Klinikanın rəhbərliyi öz nüfuzunu qorumaq üçün uşağın öldüyünü saatlarla ailəsindən gizlədib. İbrahimovlar ailəsi, axşam saat 6-da əməliyyat masasına uzanan oğullarının gecə saat 3-də meyitini görüblər. Məlum olub ki, Yusif İbrahimovun əməliyyatında cərrah-oftolmoloq Azər Kərimov və anestezioloq Elnur Abbasov iştirak ediblər. Ata Firuz İbrahimovun sözlərinə görə, həkimlər onlara uşağa həddindən artıq narkoz verdiklərini etiraf ediblər.
Xəstəxana ilə əlaqə saxladıqda məlum oldu ki, artıq həmin həkimlər burada işləmirlər. Maraqlıdır, hadisə baş verdiyi gündən bunun həkim səhlənkarlığı olmadığını iddia edən xəstəxana rəhbərliyi görəsən bu həkimlərin hər ikisini niyə işdən çıxarıb? Yoxsa həkimləri işdən uzaqlaşdırmaqla öz nüfuzunu qoruyacağını düşünür? Bu həkimlərin fəaliyyətlərini başqa bir xəstəxanada davam etdirmələri digər Yusiflərin həyatı üçün də təhlükə demək deyilmi? Bir xəstəxanaın nüfuzu bütün uşaqların həyatından dahamı dəyərlidir ? Bu arada Yusifin ailəsi onun nəşini ekspertizaya göndərməkdən imtina edib.
Görünür xəstəxananın rəhbərliyi maddi yardım baxımından müxtəlif vədlər verərək onun ailəsini nəyəsə inandırmağı bacarıb.
Firuz İbrahimovun sözlərinə görə, xəstəxana indi uşağın baş daşı üçün çəkilən xərci ödəməkdən bələ imtina edir. Mütəxəssislər qanuna görə, belə hadisələr zamanı ailənin rəyinin əsas götürülmədiyini, meyitin tibbi ekspertizadan keçirilməsinin zəruri olduğunu deyirlər. Buna baxmayaraq, ailənin müraciəti əsasında işin yenidən araşdırıla biləcəyini deyirlər. Məhkəmə qərarı əsasında həkimlər məsuliyyətə cəlb oluna, xəstəxanaya qarşı isə küllü miqdarda təzminat davası açıla bilər.
"Xəzər Xəbər”ə istinadəm mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: