Məşhur şair Rüstəm Behrudinin Yazıçılar Birliyindən istefa verdiyi ərəfədə Azərbaycan ədəbiyyatına daha bir şedevr şeir daxil olub. Elə təkcə şeirin adı kifayət edir ki, ayaq saxlayasan, qulaq asasan, diqqətlə dinləyəsən. Əməkdar artist Elza Seyidcahanın "Bir əlim qabağımda, bir əlim dalımda..." adlı şeirini hələlik kitabxanalardan tapıb oxumaq mümkün olmasa da, saytlarda rast gələ bilərsiniz. Qulpqoyan dayı deyir ki, əgər təbim gəlsə, o şeirə "Əllərimin ikisi də "zanit"dir" adlı bir nəzirə yazacağam.
Bu arada Elza canlı yayımda Rəqsanəni tənqid edib və efirdən də sonra deyib ki, sözümün ağasıyam: "Rəqsanə kimi müğənnilər efirə çıxandan sonra həddindən artıq dərəbəylik oldu. Ağızlarına gələni danışdılar, prodüserləri ilə canlı efirdə dalaşdılar, sponsorların müğənniləri maliyyələşdirməyini dedilər. Camaat da biz müğənnilərə hörmət etməkdən imtina etdilər".
Nə yalan deyim, haqlı iraddır, razılaşmamaq olmur. Amma iş burasındadır ki, bəlkə Rəqsanə də "Bir əlim qabağımda, bir əlim dalımda..." janrında şeir yaza bilsəydi, gündəmdə tez-tez dəyişən sevgililər, qalmaqallar, müğənni-sponsor söhbətləriylə qalmazdı. Demək istədiyim odur ki, bu sahədə eyibsiz adam yoxdu. Onlardan da biri Elza, biri Rəqsanədi.
Əməkdar artist Mətanət İsgəndərlinin adını keçmiş MTN-in hazırda həbsdə olan generalı Akif Çovdarovla hallandırırlar. Guya buna səbəb ABU-nun rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevlə Mətanət İsgəndərlinin münasibətlərinə görə A.Çovdarovun pul tələb etməsidir. Hətta iddia edilir ki, Mahir Abdullayevlə Akif Çovdarov arasında 2003-cü ilin əvvəllərində Rusiyanın Sverdlovsk vilayətinin Verxuturye şəhərində generala məxsus taxta-şalban zavodunun alınması ilə bağlı sövdələşmə olub. A.Çovdarov M.Abdullayevə 300 min dollar borclu qalıb. Və Mətanət İsgəndərli A.Çovdarovla əlbir olub. Nəysə, söhbətin bir ucu da gedib Hacı Məmmədova dirənir. İsgəndərlinin mətbuat katibi isə deyib ki, yazılanlar yalandır:
"Neçə gündür ki, Mətanət xanım barədə bu cür xəbərlər yayılır. Özüm bu barədə şəxsən dəfələrlə Mətanət xanımla danışmışam. O deyir ki, mətbuata bu haqda açıqlama verməyəcək, olmayan hadisə haqda danışmaq istəmir. Mənə bildirdi ki, yayılan məlumatlar əsassızdır. O, Akif Çovdarovu tanımır, onunla heç bir əlaqəsi olmayıb, bu cür xəbərlərin necə yayıldığını, kimdən qaynaqlandığını bilmir. Özü də çaşıb, qalıb. Akif Çovdarov məsələsində Mətanət xanımın adı hallansa idi, ona məhkəmədən kağız gələrdi. Hazırda belə bir durum yoxdur. Mətanət xanım əməkdar artistdir, xalqın sənətçisidir. Onun adını ləkələmək doğru deyil. Özü də mənə dedi ki, jurnalistlərə bildirim ki, yalan kampaniyalara qoşulmasınlar. Bu xəbərlər Mətanət xanıma zərbə vurmaq istəyənlərin işidir. Bir daha deyirəm ki, onun A.Çovdarovla əlaqəsi yoxdur".
Deyirəm, nə sirrdirsə, nə məsələdirsə, hansı vəzifəli, rütbəli bir şəxsin arxivinə baxırsan, ordan mütləq bir müğənni adı çıxır. Doğrudur, bütün bu iddialar haqsız ola bilər və bəlkə də haqsızdır. Amma niyə, məsələn, Gədəbəyin Şınıx kəndindəki fizikia müəlliməsi Sənəm müəllimənin deyil, məhz hansısa sənətçinin adı hallanır belə işlərdə? Deyə bilərsiniz ki, sənətçidir, maraq dairəsindədir və sair. Bəli, bu da bir səbəbdir. İntəhası, bundan daha tutarlı, həmçinin bildiyimiz və bilmədiyimiz yetərincə səbəblər var. Mətanət xanıma isə səbr etməkdən başqa nəsə arzu etməyə gərək qalmır. Çünki kimi vəzifədən çıxarırlarsa, kim həbs olunursa, mətbuat ilk olaraq onun adını gündəmə gətirir.
ATV-dən ayrılan aparıcı Vüsalə Şahvəliqızı digər telekanalda səhər verilişi aparmağa başlayıb. İşdən çıxmasıyla bağlı belə bir açıqlama verib: "Hava ikinci dərəcəli teleaparıcıların işidir. Mən isə ikinci dərəcəli aparıcı deyiləm". Məlumat üçün qeyd edim ki, Vüsalə xanım bir neçə ay ATV-də məhz hava xəbərlərini aparıb.
Nadir Qafarzadə xeyli vaxtdır "Maral, maral" tutuzdura bilmədiyi üçün hər hətə bir bəyanatla çıxış edir. Əksər hallarda qıcığa səbəb olan sənətçi bu dəfə nisbətən ədalətli olub desək, yanılmarıq. Qafarzadə deyib ki, bəlkə də son illər ailə qursaydı, o da boşanardı: "23 ildir ailəliyəm və çox xoşbəxtəm. Bəlkə indi evlənsəydim, mən də bunların gününə düşərdim. 1993-cü ildə şou-biznes yox idi".
Müğənni Elnarə Xəlilova sənət aləmində maraqlı personalardandır. Son illər bu marağa maraq qatan səbəb isə, heç şübhəsiz ki, onun həm də çoxuşaqlı ana titulu daşımasıdır. Dörd uşaq anası olan Elnarə beşinci dəfə ana olmağa iddialıdır. Şou-biznesin "Söylü"sü, hələ ki, fiqura sarıdan da korluq çəkmir. İstənilən halda Elnarənin bu qərarı alqışlanasıdır.