Şamaxıdan Balakənə qədər bütün bu bölgə beynəlxalq turizm zonasına çevrilməlidir və bu istiqamətdə işlər gedir
Bunu prezident İlham Əliyev İsmayıllıda velosiped istehsalı zavodunun açılışında rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşü zamanı deyib.
Dövlət başçısı son vaxtlar Azərbaycana gələn turistlərin sayının böyük dərəcədə artdığını bildirib:
“Xüsusilə bu zonaya, şimal-qərb zonasına turistlərin axını müşahidə olunur. Siz də bunu görürsünüz. Mən demişəm, bir daha demək istəyirəm ki, Şamaxıdan Balakənə qədər bütün bu bölgə beynəlxalq turizm zonasına çevrilməlidir və bu istiqamətdə işlər gedir. Əlbəttə ki, ilk növbədə infrastruktur layihələri icra edilməli idi və onların böyük hissəsi icra edildi.
Qəbələdə beynəlxalq aeroport tikildi. İndi beynəlxalq uçuşlar həyata keçirilir. Bu beynəlxalq aeroport bütün zona əhalisi üçün böyük əhəmiyyət daşıyır. Zaqatalada aeroport tikildi. Avtomobil yolları tikilir. İndi Bakı-Şamaxı avtomobil yolu dörd zolağa genişləndirilir. Bu gün mən İsmayıllı-Qaraməryəm yolunun açılışını etmişəm. Bu da rayon üçün çox böyük əhəmiyyət daşıyır, təxminən 30 kilometr uzunluğunda 34 yaşayış məntəqəsini birləşdirir. O yaşayış məntəqələrində İsmayılı rayonu əhalisinin üçdə bir hissəsi qədər - 30 minə yaxın insan yaşayır”.
İlham Əliyev bildirib ki, yol infrastrukturu, müasir mehmanxanaların tikintisi, turizm üçün əsas şərtdir. Onun sözlərinə görə, "İsmayıllıda digər infrastruktur layihələri icra edilib.
İçməli su layihəsi artıq neçə ildir ki, başa çatıb. İndi şəhər sakinləri təmiz içməli su ilə təmin olunurlar".
“Kanalizasiya və təmizləyici qurğuların da quraşdırılması prosesi başa çatır. Mənə verilən məlumata görə, qazlaşdırma 67 faizdir. Dağlıq relyefi nəzərə alsaq, hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Digər infrastruktur layihələri də icra edilib”, - deyə dövlət başçısı əlavə edib.