“Facebook”dan vacib yenilik

“Facebook”dan vacib yenilik Şirkət spam-filtrə bənzər alqoritm hazırlayıb

“Facebook” sosial şəbəkəsi istifadəçilərin xəbər zolağında daha az klikbeyt (yəni yalnız trafik almaq üçün nəzərdə tutulan) başlıqları olan xəbərlər göstərəcək.

Bu barədə şirkətin saytında məlumat yayılıb.

“İstifadəçilər daha çox orijinal əhvalatlar görmək istədiklərini bildirdilər. Ona görə də biz uzun müddət bunun üzərində çalışaraq insanları hansı əhvalatları bu kateqoriyaya aid etdiklərini öyrəndik. Biz həmçinin insanların hansı xəbərləri uydurma və reklam xarakterli hesab etdiklərini, hansı xəbərlərin daha az olmasını istədiklərini öyrəndik”, - məlumatda deyilir.

İlk növbədə, “Facebook” “O, yastığının altında nəyin olduğunu görəndə... mən şok oldum” və “İt kuryerə hürdü, onun reaksiyasının qiyməti yoxdur” kimi başlıqlı xəbərlərlə mübarizə aparacaq.

“Facebook” spam-filtrə bənzər alqoritm hazırlayıb, bu alqoritm klikbeyt başlıqlarda istifadə edilən ifadələri aşkar edəcək.

Belə başlıqları sosial şəbəkələr iki növə ayırırlar: məqalədə nədən söhbətin getdiyi aydın olmayanlar və oxucunu yanıldan, şişirtmələrin olduğu yazılar.

“Facebook” xəbər lentində klikbeytləri üzə çıxara bilən minlərlə başlığı nəzərdən keçirib.

Yeni alqoritm yalnız açar sözləri deyil, eləcə də onları yerləşdirən internet-resursları yadında saxlayacaq. Beləliklə də bu qəbildən olan saytların xəbərləri xəbər lentində daha az çıxacaq.

Bununla yanaşı, klikbeytlərlə mübarizə adi istifadəçilərin məlumatlarının həcmində özünü büruzə verməyəcək, bu yalnız yanıldan başlıqlı məqalələri dərc edən saytlara aid olacaq.

Oxşar xəbərlər