Ərdoğan Gülənə səsləndi: Bacarırsansa, gəl!

Ərdoğan Gülənə səsləndi: Bacarırsansa, gəl! Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanında xalq qarşısına çıxıb

Lent.az xəbər verir ki, ölkə başçısı çıxışında qiyam cəhdinin “paralel yapı” adlandırılan qüvvə tərəfindən törədildiyini bir daha təsdiqləyib.

Ərdoğan çıxışında ad çəkməsə də, Fətullah Gülənə səslənib və baş verənlərdə onu, tərəfdarlarını ittiham edib:

“Ordumuzun içərisinə sızmaqla paralel dövlət qurmaq istəyənlərin nə olduğu 17-25 dekabrdan (2014) başlayan proseslərin sonunda ötən axşamkı hərəkətləriylə tam mənasıyla ortaya çıxdı. Bu millətin, kasıb-kusubun pullarıyla alınan silahları bu millətə yönəldəcək qədər alçaqdır bunlar.

Bunlara əsla imkan verməyəcəyik!

Etdiyin xəyanətlər yetər, bacarırsansa, məmləkətinə qayıt, gəl!”

Oxşar xəbərlər