
Ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
Report-un verdiyi məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses iyulun 15-nə təyin edilib.
İşə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bir neçə gün əvvəl C.Hüseynov Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.