
Məlumata əsasən qəzanı törədən sürücü əslən Zəngilan rayonundan olan yol polisi baş serjantı Ramin Tahirov olub. O, Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsində işləyirmiş. Qəza baş verən zaman onun avtomobilində dostu və iki qadın olub. Ramin Tahirovla yanaşı həmin qadınlardan biri qəza zamanı həlak olub.
Crimninal.az-a verilən məlumata görə, polisi maşınında dünyasını dəyişən xanım şairə Əzizə Əzimovadır. O, bir azyaşlı qız anası idi.