Azərbaycanda bayram namazı qılınıb

Azərbaycanda bayram namazı qılınıb Bütün məscidlərdə dualar oxunub

Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bu gün bayram namazı qılınıb.

Saat 08.00-da “Əjdərbəy” məscidində, saat 09.00-da isə “Təzəpir” məscidində bayram namazının qılınmasına başlanıb.

Daha sonra dindarlar bir-birlərini bayram münasibətlə təbrik ediblər. Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmasını diləyiblər.

“Təzəpir” məscidində bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

QMİ Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə iyunun 7-da başlayıb. Bayram isə iyulun 6-na təsadüf edir.

Oxşar xəbərlər