
Lənkəranda uşaq ölümü baş verib.
qanuninfo.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Lənkəran Mərkəzi Rayon Xəstəxanasında (MRX) qeydə alınıb.
Rayonun Ləj kəndinin sakini, 1 yaş 4 aylıq Əli Aqil oğlu Rəhimov səhər saat 05:00 radələrində ağır vəziyyətdə xəstəxananın uşaq xəstəlikləri şöbəsinə gətirilib.
Körpəyə müvafiq tibbi yardımlar göstərilsə də, onu xilas etmək mümkün olmayıb. Xəstəxanaya daxil olandan 3 saat sonra o, dünyasını dəyişib.
Körpənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Burada o, xarici müayinədən sonra ailəsinə verilib.
Lənkəran RMX-dan bildirilib ki, Ə.Rəhimov kəskin respirator viruslu infeksiya, ikitərəfli bronxopnevmoniya, kəskin ağciyər ödəmi, kəskin ürək-damar, eləcə də 3-cü dərəcəli tənəffüs çatışmazlığı vəziyyətində daxil olub, onun xilas edilməsi üçün bütün lazımi tədbirlər görülüb. Lakin uşağı xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı Lənkəran Rayon Prokurorluğu araşdırma aparır.