
qanuninfo.az xəbər verir ki, Lənkəran Rayon Polis İdarəsindən Ans press-ə verilən məlumata görə, hadisə gecə saatlarında Ələt-Astara magistralının Lənkəran şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Sürücüsü istintaqla hələlik müəyyən edilməyən avtomobil Ağdam rayonundan olan məcburi köçkün Bərdə şəhər sakini 1944-cü il təvəllüdlü Qurban Yelmar oğlu Abbasovu vurub.
Ağır dərəcəli bədən xəsarətləri alan yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Hazırda sürücünün tutularaq istintaqa cəlb edilməsi istiqamətində işlər aparılır.