
qanuninfo.az-ya daxil olan məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev idarənin bütün əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıb.
Bildirilib ki, Azərbaycanın dünyada etiraf edilən sabit ölkə imici onu həm də beynəlxalq forum və sammitlərin davamlı surətdə keçirildiyi bir məkana çevirib. Ölkəmizdə hökm sürən sabitlik və ictimai-siyasi asayiş dövlətçiliyimizi və müstəqilliyimizi daha da gücləndirir, sosial-iqtisadi inkişafın bütün sahələrdə dinamik şəkildə sürətləndirilməsi istiqamətində möhkəm zəmin yaradır, regionda və beynəlxalq müstəvidə gücümüzü daha da artırır.
Sonda xidmətdə fəqlənən hüquq-mühafizə orqanlarının əməkdaşlarına Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.

