“Petlim”in açılışında Əliyev və Ərdoğanın iştirakı gözlənilir

“Petlim”in açılışında Əliyev və Ərdoğanın iştirakı gözlənilir “Petkim Holding”in rüblük xalis mənfəəti kəskin artıb

“Petkim Holding”in 2016-cı il I rübündə xalis mənfəəti keçən ilin analoji dövrü ilə müqayisədə 3,4 dəfə artaraq 149 milyon lirəyə (51,3 milyon ABŞ dolları) yüksəlib. Gəlirləri 1,108 milyard lirə (380 milyon dollar) təşkil edib, məhsuldarlıq göstəricisi isə 93%-ə yüksəlib.

Bu barədə “Petkim”in baş müdiri Sadettin Korkut məlumat verib.

O, 2016-cı ilin “Petkim” üçün xüsusilə önəmli olduğunu, bu ilin sonuna qədər holdinqin daha əvvəl həyata keçirdiyi 3 investisiya layihəsinin bəhrəsini görəcəyini ifadə edib.

“Petkim Konteyner Limanı” (Petlim), “Külək Elektrik Stansiyası” (KES) və “Petkim Specialities”in şirkətin məhsuldarlığının artıracağını vurğulayan Korkut, 3 il tikintisi davam edən konteyner limanının inşaatın artıq başa çatdığını və keçən ilin dekabrında işə salındığını qeyd edib.

Təxminən 400 milyon ABŞ dollarına başa gələn bu investisiya layihəsi ilə “Petkim” Egey dənizi bölgəsində ən böyük konteyner limanına sahib olub, Türkiyənin isə 3-cü ən böyük limanına çevrilib.

“Petkim”in baş müdiri bildirib ki, limanda idarəedici şirkət personal və təlim işlərini bitirdikdən sonra yaxın zamanlarda gəmi qəbul etməyə də başlayacaq.

“Limanın rəsmi açılışının 2016-cı ilin ikinci yarısında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə həyata keçirilməsi gözlənilir”.

Oxşar xəbərlər