Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.
Bu barədə hərracların son nəticələri xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,68 dollar azalaraq 49,15 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,67 dollar ucuzlaşaraq 49,82 dollar təşkil edib.