Bazar ertəsi, iyunun 13-də, bir qrup LGTB nümayəndəsi ABŞ-ın Bakıdakı səfirliyi qarşısında həmrəylik aksiyası keçirib.
Turan agentliyi xəbər verir ki, aksiya iştirakçıları iyunun 12-də Amerikanın Orlando şəhərində homoseksualların gecə klubunda törədilən terror aktının qurbanlarına dəstək ifadə ediblər.
Aksiya iştirakçıları “Homofobiyaya yox” və “Homofobiya öldürür” şüarları yazılmış plakatlar qaldırıblar. İştirakçıların bəziləri LGTB bayraqlarına bürünüblər.