
Aksiyada Toronto və onun ətraf rayonlarında yaşayan soydaşlarımız, o cümlədən azərbaycanlı tələbələr və türk icmasının üzvləri iştirak ediblər. Əllərində Azərbaycan, Türkiyə və Kanada bayraqlarını dalğalandıran aksiya iştirakçıları Kanada Hökumətini və beynəlxalq təşkilatları Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qeyri qanuni işğalına biganə qalmamağa və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb etməyə çağırıblar.
Tədbir zamanı erməni hərbçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlər və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına qarşı “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”, “Qarabağ bizimdir, bizim olacaq”, “Ya Qarabağ ya ölüm” kimi şüarlar səsləndirilib.
Eyni zamanda, əllərində “əllərinizi Qarabağdan çəkin”, “oyan Kanada, ədaləti və Azərbaycanı dəstəklə!”, “Ermənistan, BMT-nin qətnamələrinə tabe ol və qoşunlarını Qarabağdan çək”, “23 illik qeyri-qanuni işğala son qoyulmalıdır” və s. oxşar şüarlı plakatlar olan aksiya iştirakçıları Ermənistan tərəfindən həyata keçirilən işğalçı siyasətə son qoyulmasını tələb ediblər.





