Vəkil: İlhamə Quliyevanın qohum-əqrabası miras üçün dava edir

Vəkil: İlhamə Quliyevanın qohum-əqrabası miras üçün dava edir “Hazırda istintaq davam edir”

ATV-də yayımlanan “Bizimləsən” verilişində mərhum xalq artisti İlhamə Quliyevanın vəkili Elmira Məmmədova ilə telefon bağlantısı yaradılıb.

Vəkil miras məsələsinə toxunub:

“İlhamə Quliyevanın qohum-əqrabası miras üçün dava edir. Deyirlər, Orxan kimdir? Orxan onun oğludur. Mən 1 il İlhamə xanımla çalışmışam, mütəmmadi olaraq onun yanında idim. Ana-bala küsə bilər, o demək deyil ki, övladını silib. İlhamə xanım bütün mirasını oğluna qoyub. Ona soyadını verməyibsə, onu silmək demək deyil. Düzdür, rəsmi heç bir sənəd yoxdur”.

E.Məmmədova hazırda istintaqın davam etdiyini də vurğulayıb:

“Onun köməkçisi Mehriban Hüseynovanın məhkəmə işi davam edir. Bu, qəfil ölüm deyil. İlhamə xanımın ölümünə səbəb olan amillər var. İstintaqın elə sirləri var ki, onları açıqlamaq olmur”.

Oxşar xəbərlər