Ailə qurmaq istəyən 85 nəfərdə “SPİD” aşkarlandı

Ailə qurmaq istəyən 85 nəfərdə “SPİD” aşkarlandı Ümumilikdə 139 700 nəfər müayinədən keçib

Səhiyyə Nazirliyi nikahdan əvvəl tibbi müayinələrin tətbiqinin illik nəticələrini açıqlayıb.

B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda (Qan İnstitutunda) keçirilən tədbirdə qeyd olunub ki, ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan may ayınadək 139 700 nəfər müayinədən keçib.

Müayinədən keçmiş 7171 nəfərdən talassemiya daşıyıcı olduğu müəyyənləşdirilib, 458 nəfərdə sifilis, 85 nəfərdən isə QİÇS (“SPİD”) aşkarlanıb.

Oxşar xəbərlər