“Miss Türkiyə” Ərdoğanı təhqir etdiyinə görə cəza aldı

“Miss Türkiyə” Ərdoğanı təhqir etdiyinə görə cəza aldı Büyüksaraç “Instagram” hesabında paylaşdığı təhqiredici yazıya görə məsuliyyətə cəlb edilib

“Miss Türkiyə 2006” müsabiqəsinin qalibi Merve Büyüksaraç ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə 14 ay müddətinə şərti cəza alıb.

Müvafiq qərarı İstanbul şəhər məhkəməsi qəbul edib.

Büyüksaraç yanvar ayında şəxsi “Instagram” hesabında paylaşdığı təhqiredici yazıya görə məsuliyyətə cəlb edilib.

Gənc modelin vəkili bildirib ki, müdafiə tərəfi apellyasiya şikayəti verəcək.

Oxşar xəbərlər