Gürcüstanda jurnalist reportaj zamanı çayda boğulub

Gürcüstanda jurnalist reportaj zamanı çayda boğulub Axtarışlara 50 xilasedici cəlb edilib

Gürcüstanın GDS teleşirkətinin əməkdaşı Zviad Txelidze bədbaxt hadisə nəticəsində dünyasını dəyişib.

Txelidze Deşet rayonundan reportaj hazırlayırdı.

Jurnalist Xad kanyonunda çəkiliş aparatını dağ çayına salıb və onu götürmək istəyəndə özü də suya düşüb.

Axtarışlara 50 xilasedici cəlb edilib. Onlar bu gün səhər saatlarında Txelidzenin cəsədini aşkarlayıblar.

Oxşar xəbərlər